Şirvanda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib - FOTOLAR
27-04-2023 [09:05]
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 aprel 2023-ci il tarixdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu öndərə həsr olunmuş “Millət atası” filmi nümayiş olunub.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsinin Ümummili liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş hər bir tədbirin dünya şöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirlən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıb. Ümummilli liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırıb. Ümumbəşəri dəyərlərə inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, insan kapitalının inkişafı, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, tolerant, multikultural dəyərlərin təbliği və digər məsələlərin dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib.
Müstəqillik tariximizin zirvəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunmasının, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığını, Şanlı Ordumuzun qazandığı Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Millət vəkili İltizam Yusifov çıxış edərək, Azərbaycan xalqının son 34 illik tarixinin Heydər Əliyev şəxsiyyəti və onun ideyaları ilə bağlı olduğunu bildirib. Xüsusilə müstəqillik tarixinin bütün əlamətdar hadisələrinin müəllifinin Ulu öndər olduğunu vurğulayıb. Ona görə də dahi şəxsiyyətin irsinin qorunmasının və gələcək nəsillərə ərmağan edilməsnin vacibliyini qeyd edib.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, Heydər Əliyevin partiyayaya sədr təyin edilməsindən, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından, atəşkəsin elan olunmasından bəhs edib. İnsanların kütləvi surətdə müraciət edərək, “Mən Heydər Əliyevin partiyasına üzv olmaq istəyirəm” dediklərini xatırladıb.
Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin şəffaf fəaliyyətindən, qanunvericilik bazasının möhkəmlənməsindən, müsəlman şərqində ilk dəfə ölkəmizdə ölüm cəzasının ləğvindən, məhkəmə islahatlarından danışıb.
Yerli “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov müstəqillik illərində mətbuata dövlət qayğısından, Heydər Əiyevin göstərişi ilə senzuranın ləğvindən, söz və mətbuat azadlığının təmin edilməsindən, qəzet və jurnalların borcunun ləğv edilməsindən danışıb. Ulu öndərin davamçısı ölkə başçısı cənab İlham Əliyevin də “jurnalistlərin dostu” kimi fəaliyyətinin müxtəlif məqamlarından söz açıb.
“Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin metodisti Aytac Əliyeva Heydər Əliyevin gənc kadrların hazırlanması və təşkilatlanması üçün Gənclər və İdman Nazirliyinin yaranması, Gənclər Forumunun təşkili, Gənclər gününün təsis edilməsində əvəzsiz xidmətlərini qeyd edib. Onun bütün fəaliiyətinin gənclər üçün örnək olduğunu vurğulayıb. Qeyd edək ki, Şirvanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər davam edir.
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"