Zahid Oruc: "NATO qüvvələri indi Ermənistanın İranla sərhədinə gəlməyə can atır" - VIDEO

img

25-04-2023 [22:59]


Komitə sədri: "İrəvana ən təhlükəsiz ölkələr Azərbaycanla Türkiyədir"

"Azərbaycanın Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsini qurması 44 günlük Zəfər müharibəsinin, ardınca Ağdam, Kəlbəcər, Laçının azad olunmasının, İranla sərhədlərinin bərpasının, daha sonra Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda qazanılan yüksəkliklərin  və 11 apreldə möhkəmlənən  mövqelərin nəticəsində Vətənin sərhədlərini düşmənə və dünyaya göstərən vahid siyasətin tərkib hissəsidir".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədrinin sözlərinə görə, təkcə quru əraziləri deyil,  həm də siyasi və mənəvi sərhədlərimiz genişlənir: "Halbuki Vətənimizin  hüdudları çarizm, Cümhuriyyət, sovetlər və nəhayət, müstəqillik dövründə milli ordumuz vasitəsilə müəyyənləşdirilə və qoruna bilinməyib. Təkcə son 30 ildə deyil, o cümlədən 200 il əvvəl Rusiya və İran savaşında, daha sonra bir əsrdən çox Ermənistanla Qarabağ arasında separatçı birliyə və dağıdıcı müharibələrə səbəb olan həmin yollarda 23 apreldə qurulan inzibati istehkamlar prezidentin, dövlətin, xalqın dəmir iradəsinin  simvoludur. Çünki yalnız gediş-gəlişə və malların baxışına deyil, bir neçə dövlət və beynəlxalq təşkilatın ərazilərimizə düşmən qapısı bağlanır və yeni səhifənin açılır.

Ermənistan Üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir. Halbuki, Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan  deyil, Avropa Birliyindən gələn silahlı-silahsız məxfi qqruplar və casus şəbəkəsi pozub. Sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silahlı qüvvələrinə və Göyçə dağlarında fransız jandarmasına təslim edən bir dövlət gərək toxunulmazlıqdan danışmasın. Türkiyə ilə sərhəddə inşa etdiyi yeni buraxılış məntəqəsi göstərir ki, İrəvana ən təhlükəsiz ölkələr Azərbaycanla Türkiyədir".

Deputat bildirib ki, əgər Xankəndində yaşayan ermənilər Konstitusiyamıza uyğun davransalar, tək bir yoldan deyil, eləcə də Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan buraxılış məntəqəsindən də keçib gedə bilərlər: "Yol bir deyil, yetər ki, Azərbaycanın bütövlüyünü tanıyasan. Nəzarət məntəqəsinin yaradılması Xankəndindəki hərbi kontraktiklərin sürətlə bölgəni tərk etməsinə və gələn  kriminal pulların qarşısını alacaq. Beləliklə, ekofəalların 135 günlük mübarizəsi 44 günlük müharibənin davamıdır və Şərqin, Qafqazın tarixində ilk dəfədir ki, tansksız, topsuz, qansız və itkilərsiz strateji hərbi-siyasi nəticələr qazanıldı. Bu, İlham Əliyevin dəmir və yumşaq gücünün birgə qələbəsidir".

Millət vəkilinin fikrincə, indi NATO qüvvələri Cənubi Qafqaza - məhz Ermənistanın İranla sərhədlərinə gəlməyə can atır: "Laçın sərhədlərində qurulan dəmir məntəqə Ermənistandan çox ərazi bütövlüyümüzü tanımayan dövlətlərin qarşısında sipərdir. Bundan sonra Ermənistan vətəndaşlarının Xankəndinə gəlmək istəyənləri ilə Zəngəzurdan Naxçıvana gedən azərbaycanlıların sayı düz mütənasib olmalıdır. Nəhayət, dünən 24 apreldə 1.5 milyon erməninin qətlinin ildönümü adı ilə keçirilən ildönümlərə son qoymaq üçün Azərbaycan dövləti gələcək 108 illik sülhün tək şərtini-Qanuni Yoldan Keçib getməyi təklif edir. Hər halda bu Qılıncdan keçmək deyil".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR