Vitse-spiker: "Vahid müəllim tələyə düşən adam deyil" - "Niyə mənim heysiyyətimə toxunursan?"

img

25-04-2023 [14:54]


“Keçən iclaslarımızda qanunları müzakirə edirdik. Bu gün nəyi müqayisə edirik? Çox təəssüf. Öz parlamentimizin daxilində Azərbaycan dövlətçiliyinə zidd olan düşüncələr müzakirə olunur”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin sədr müavini Fəzail İbrahimli bildirib.

“Burada fikir söylənildi ki, “Vahid Əhmədov tələyə düşdü”. Qətiyyən bununla razı deyiləm. Vahid müəllim tələyə düşən adam deyil. Vahid müəllim nə eləyirsə, bilərək edir, nə danışırsa, düşünür, danışır. Bu, təsadüfi hadisə deyil. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara böyük ehtiyac duyulur. Bu çətin məqamlarda onların sözünə, nəfəsinə böyük ehtiyacımız var, çox təəssüf ki, geniş həyat təcrübəsi, bütün hökumətlərdə üzdə olan Vahid müəllim bu gün özünü müzakirə obyektinə çevirib.

Deyir ki, 3 deputatdan başqa hamı saxtakardır. Niyə mənim heysiyyətimə toxunursan? Qardaş, adama deyərlər ki, bəyənmirsən, oturma da, qəbul etmirsənsə, vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını, çıx get. De ki, mən bacarmadım burada”, - deyə Fəzail İbrahimli vurğulayıb/APA.

Xatırladaq ki, depuat Vahid Əhmədovun bloger Mehman Hüseynova müsahibəsindəki fikirlər parlamentin deputatları tərəfindən kəskin qarşılanıb.

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR