Prezidentin Bolqarıstana səfəri: hansı qərarlar verilə bilər? - TƏHLİL
25-04-2023 [11:52]
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bolqarıstana səfər edib. Qeyd etmək lazımdır ki, Bolqarıstan lideri Rumen Radev Prezident İlham Əliyevi martın 11-də videokonfrans formatında görüş zamanı ölkəsinə dəvət edib.
Bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005, 2015), iki dəfə isə işgüzar (2009, 2022) səfər edib. Sonuncu səfər ötən ilin 30 sentyabrında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə baş tutmuşdu.
Bolqarıstan Azərbaycan üçün etibarlı tərəfdaş, dost ölkədir. Bu dostluq iki ölkə prezidentləri səviyyəsində də hiss edilir. Təsadüfi deyil ki, 2022-ci ildə olduğu kimi, bu il də Prezidentin Bolqarıstana səfəri Rumen Radevin rəsmi dəvəti əsasında baş tutur.
Ümumiyyətlə, son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada müşahidə olunan enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır.
Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum” da bunu bir daha sübut edir.
Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də, şübhəsiz, Bolqarıstandır. 2022-ci ildə rəsmi açılışı baş tutan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə iki ölkə münasibtələri yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bolqarıstana səfəri zamanı Sofiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışında iştirak edəcəklər.
Bundan başqa, Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Aİ-yə təbii qaz tədarükünün təhlükəsizliyinin artırılması üçün “Həmrəylik halqası” təşəbbüsü haqqında memorandum imzalanması da gözlənilir.
Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışının baş tutması həm də o baxımdan vacibdir ki, Azərbaycan Türkiyədən sonra Bolqarıstanla da Qara dənizdə aşkarlanan yeni neft və qaz yataqlarının birgə istismar edilməsində ortaq işlər icra edə bilər.
İki ölkə arasında siyasi münasibətlər müsbət tendesiya üzrə inkişaf edir. Rəsmi Bakı üçün Bolqarıstan eyni zamanda o baxımdan önəmlidir ki, Sofiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Xüsusilə Avropa İttifaqında ölkəmiz əleyhinə Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələrin vaxtaşırı qəbul etdirmək istədiyi qətnamə layihələrinin və ya qərarların bloklanması baxımdan Bakı-Sofiya əməkdaşlığı vacibdir.
Turan Rzayev
Politoloq
MİA.AZ
Qəzzada daha 24 fələstinli həlak olub
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi