PARTİYA TƏŞKİLATINI GÜLLƏBARAN EDƏN ŞƏXS TUTULDU - Nazir tvit atdı (Açıqlamalar/FOTOLAR) - Yenilənib

img

31-03-2023 [19:35]


İYİ Partiyanın İstanbul təşkilatına silahlı hücum edən şəxs tutulub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Tviter-dəki səhifəsində açıqlama verib.

Nazirin sözlərinə görə, dövlətə və polisə etimad vacibdir: "Türk polisi tutar. İYİ Partiyanın İstanbul təşkilatına silahlı hücum edən şəxs tutulub. Məsuliyətli mövqedə olanlar ittiham edərkən diqqətli olmalıdırlar. Bizim vzəifəmiz tutmaqdır. Dövlötinizö vö polisinizə etimad edin...".

Lamiyyə

Mia.az

***

Türkiyədə mayın 14-də keçirilək prezident və parlament seçkiləri siyasi gərginliyi artırıb.

Mia.az xəbər verir ki, son br neçə gün ərzində prezident Ərdoğanla İYİ partiya lideri Meral Akşener arasında yaranan "sözlü atışma" fonunda bu gün səhərə yaxın İYİ partiyanın İstanbul təşkilatının qərargahının atəşə tutulması da, gərginliyin hansı həddə yetişdiyini göstərir.

Türkiyə mətbuatı yazır ki, İstanbulun Merter bölgəsində yerləşən təşkilatın binası bu gün səhər hələlik şəxsiyyyətləri bəlli olmayan şəxslər tərəfindən güllə yağışına tutulub.

Məlumata görə, hazırda polis faktı araşdırır: "Güllələrdən biri binanın pəncərəsində keçərək oturacaqlardan brinə dəyib. Hazırda polis hadisə yerindədir, basqınçılar axtarılır"

Türkiyənin “Sözcü” kanalına danışan İYİ Partiyanın İstanbul təşkilatının sədri Alper Akdoğan deyib ki, hadisə zamanı ölən və yaralanan olmayıb: "Güman ki, bu, bizə xəbərdarlıqdır...".

Silahlı hücuma CHP-inin İstanbul şöbəsinin sədri Canan Kaftancıoğlu sosial media hesabından reaksiya verib: "Yaxşılığın qarşısında güllələrinizin belə təsiri olmaz, olmayacaqdır. Keçmiş olsun".

Xatırladaq ki, iki gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ortaq televiziya verilşində Akşenerə "barmaq silkələyib".

Mia.az xəbər verir ki, prezident zəlzələ bölgəsində tikilən evlərdən danışarkən İYİ Partiya sədri Meral Akşenerin bir neçə gün əvvəlki "inşaat yerlərində təməl atmadan çuxur qazıb beton atır, şou göstərirlər" replikasına əsəbi reaksiya verib: "Bir iş görürük desək, görürük, Meral xanım. Mənim haqda danışanda diqqətli ol. Adım Tayyib, soyadım Ərdoğandır. Ərdoğana da diqqət yetirin. Tayyib adına da diqqət yetirin. Danışarkən buna diqqət elə, məni özünlə uğraşdırma...”.

Ərdoğana operativ cavab verən Akşener ona maraqlı "atmaca" atıb: "Gedər ayaqda səni ox əsəbi gördüm, Rəcəb bəy. Axşamlar çobanyastığı çayı iç, yaxşı gəlir".

Bu atmacadan sonra Akşenerə AKP tərəfindən ard-arda cavablar verilib.

Dünən isə Akşener "evim bəlli, partiyam bəlli, düz 3 dəfə Ərdoğan şəxsimi hədəfə aldı. Qoy bu da biri olsun. Mən həbsxana çantamı hazırlayıb, gözləyirəm..." - deyərək, yenidən Ərdoğana meydan oxuyub və "get, çobanyastığı çayı iç" ismarıcını təkrarlayıb.

AK Partiya sözçüsü Ömər Çelik hadisəyə operativ reaksiya verib.

O, "Tvitter" hesabında ard-arda tvit ataraq, hücumu qınayıb.

Onun mesajlarını olduğu kimi təqdim edirik:

Zülfiyyə

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR