Super Liqaya gedən yarış qızışır - "Sakaryaspor"un qələbəsi zirvəni alt-üst etdi

img

31-03-2023 [00:23]


Türkiyə superliqasına çıxmaq üçün 1-ci Liqanın zirvəsində gərgin oyunlar gedir.

Mia.az xəbər verir ki, 29-cu turda "Sakaryaspor"un liqanın 2-ci pilləsində qərarlaşan "Eyüpspor"u 2-0 udması zirvədəki yarışı daha da "şiddətləndirib".

Bu qələbə ilə artıq superliqaya çıxma yarışına azı 4 komanda yaxından  ortaq olub.

Qeyd edək ki, superliqa uğrunda mübarizə aparan “Sakaryaspor” baş məşqçi Taner Taşkın təyinatından sonra son 8 oyunda 7 qələbə, 1 məğlubiyyət alıb.

Onu da qeyd edək ki, bu il superliqaya cəmi 2 komanda yüksələcək.

29-cu turda baş tutan digər qarşılaşmalar isə belə  bitib:

Boluspor-Samsunspor: 1-5

Altınordu-Dənizlispor: 5-2

Pendikspor-Ankara Keçiörengücü: 2-1

Bandırmaspor-Bodrumspor: 0-4

Çaykur Rizespor-Manisa FK: 4-2

Ərzurumspor-Altay: 2-4

Sakaryaspor-Eyüpspor: 2-0

Fərid Aslan

Mia.az  

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub