Məhərrəm İncənin "sağ əl"i ona arxa çevirdi: "Kılıçdaroğlunu dəstəkləyirəm"

img

31-03-2023 [00:12]


Prezidentliyə namizəd, Məmləkət partiyasının sədri Məhərrəm İncənin seçkidəki rəqibi Kamal Kılçdaroğlunun xeyrinə geri çəkilmə ilə bağlı çoxsaylı çağırışları rədd etməsi partiyasında da "zəlzələ" yaradıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İncənin geri çəkilməyərək, müxalifətin səslərini parçalaması barədə iddialara partiyadakı "sağ əl" Esber Atila da qatılıb.

Məhərrəm İncə ilə birgə Məmləkət Partiyasının quruculuğunda aktiv rol alan və bu günə qədər partiya Məclisinin üzvü olan Esber Atila etiraz əlaməti olar partiyadan istefa verib.

Bu barədə o, az əvvəl sosial şəbəkə hesabında paylaşım edib.

Atila istefa bəyanatında Prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu dəstəklədiyini rəsmən açıqlayıb: "Bu, ölkədə tək adamlıq dövrünü bitirmək, saray rejiminə son qoymaq istəyən hər kəsin borcudur...".

Onun istefa bəyanatını aşağıda olduğu kimi təqdim edirik:

Lamiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub