"Mançester Siti"nin oyunçusu "Qalatasaraya"a gəlir? - Açıqlama

img

30-03-2023 [17:44]


"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq türk əsilli alman futbolçu İlkay Gündoğanın durumu ilə bağlı meneceri açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, menecerlər hələki hər hansı bir klubla danışıqlar aparmadıqlarını deyib:  "Hələ heç bir klubla müqavilə imzalamamışıq. İlkayın diqqəti hazırda öz oyununa yönəlib. İndi mövsümün ən kritik nöqtəsindəyik. İlkayın gələn mövsüm hansı komandada oynayacağı hələ bəlli deyil."

Xatırladaq ki, Gündoğan bir müddət əvvəl İngiltərədə hazırkı komandasından başqa heç bir klubun formasını geyinməyəcəyini açıqlayıb.

Bu arada İngiltərənin "The Guardian" qəzeti 32 yaşlı türk əsilli oyunçunun "Qalatasaray"a gedə biləcəyini yazıb.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR