33 ilin araşdırmaçısı: "Seçkidə ikinci tur olmayacaq, Ərdoğanın səsi o qədər azalmayıb, amma..."

img

30-03-2023 [13:19]


"Türkiyə 14 mayda prezidentini seçəcək, ikinci tur əsla olmayacaq"
 
Mia.az x
əbər verir ki, bu sözləri 33 ildir ölkədə rəy sorğuları keçirən Konsensus Araşdırma Təşşkilatınən sədri Murat Sarı müxalif telekanal olan "Sözcü"yə müsahibəsində deyib.

Mayın 14-də prezidentlik uğurunda Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə və Sinan Oğanın hansının qalib gələcəyini və ikinci tur olub-olmayacağı barədə suala cavab verən təşkilat rəhbəri əminliklə söyləyib ki, iddiaların əksinə olaraq, prezident seçkilərində ikinci tur oamayacaq: "Mən bu ölkədə 33 ildir araşdırça aparır, sorğu keçirir, onları təhlil edirəm. Hələ indiyədək heç bir proqnozumuz yalan çıxmayıb. Bu seçki ikinci tura getməyəcək kimi görünür. Əgər "sübut et" deyirsənsə, sübut edə bilmərəm. Amma "ikinci tura gedəcək" deyə bir şey yoxdur. Ərdoğanla Kılıçdaroğlunun səsləri bir-birinə çox yaxındır, hər iki tərəf birinci raundda başa vurmaq üçün əlindən gələni edəcək və onlardan biri ilk turda da prezident seçiləcək. Əmin olun, deyilənlərə, yazılanlara çox qulaq verməyin, bu seççkidə ikinci tur havası yoxdur".

Murat Sarı "Bəs, kim qalib gələcək" sualına belə cavab verib: "Hazırda anketlərdə çox aydın bir şey yoxdur. Ərdoğanla Kılıçdaroğlunun demək olar ki, səsi, seçilmə potensialı bərabərdir. Kılıçdaroğlunun səslərində artım var, amma Ərdoğanın səsləri də o qədər də azalmayıb. Təbii ki, azalma tendensiyası var. Amma ictimaiyyətin düşündüyü qədər deyil. Zəlzələ oldu, iqtisadiyyat pisdir, çox pis idarəçilik və sair hallar var, amma sorğulara bunların təsiri çox hiss edilmir".

Lamiyə  

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR