ABŞ Lukaşenkonu hədələdi: "Belarus müxalifətinə dəstəyimiz davam edəcək"

img

29-03-2023 [23:40]


ABŞ Belarus prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi administrasiyaya qarşı müxalifət liderlərini dəstəklədiyini bir daha bəyan edib.

Mia.az xəbər verir ki, bu barədə Ağ Ev yazılı açıqlama yayıb.

Açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın martın 27-də Belarus müxalifətinin lideri Sviatlana Tsixanouskaya ilə görüşdüyü bildirilib.

Görüşdə Sullivan ABŞ-ın “azad və ədalətli seçkilər və insan hüquqlarının müdafiəsi kimi suveren və demokratik gələcək axtarışına” verdiyi dəstəyi bir daha vurğulayıb.

Bəyanatda Sullivan təsdiq edib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Belarus prezidenti Lukaşenkonun rəhbərlik etdiyi administrasiyanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün əlindən gələni edəcək.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA