Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılan kompleksi ziyarət edib

img

29-03-2023 [16:01]


Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılan Yad Vaşem memorial kompleksini ziyarət etməsi barədə məlumat yayıb.  

Mia.az xəbər verir ki, məlumatda ziyarət zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyduğu bildirilib.

Nazir 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb. 

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR