Əfsanə məşqçi geri dönür: "Yəqin ki, iki həftədən sonra Fatih Terimlə bağlı qərar veriləcək"

img

29-03-2023 [10:00]


Milli Komandanın Xorvatiyaya 2:0 hesabı ilə uduzduğu Avro 2024-ün seçmə mərhələsindən sonra tanınmış şərhçi Ahmet Çakar şok iddia irəli sürüb.

Mia.az-ın məlumatına  görə, Ertem Şenerlə sosial media yayımındakı verilişdə çıxış edən Ahmet Çakarın sözlərinə görə, yaxın günlərdə millinin alman məşqçisi  Stefan Kuntz yola salınacaq: "Yəqin ki, iki həftədən sonra Fatih Terim Milli Komandanın baş məşqçisi olacaq...".

Xatırladaq ki, həmin oyundan sonra Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi komandanın yaxşı oynadığını söyləyib.

O bildirib ki, uduzsalar da, komanda pis oynamayıb: "Əsas olan yaxşı futbol oynamaqdır. Baş məşqçimizə və oyunçularımıza təşəkkür edirəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR