Millinin kapitanı: "Bizim Messi və ya Ronaldomuz yoxdur"

img

29-03-2023 [09:10]


AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun ikinci oyununda Bursada Xorvatiyaya 2:0 hesabı ilə uduzan Türkiyə millisinin kapitanı Çağlar Söyüncü matçın sonunda maraqlı açıqlamalar verib.

Mia.az-ın məlumatına  görə, o, oyunun çətin olacağını bildiklərini deyib: "Özümüzə inamımızla və oyunumuzla onları səhv etməyə məcbur etsək də, nəticə olmadı. Komandamızdakı zədələr də taktiki oyunumuza təsir elədi. Güclü rəqibə qarşı oynadıq, amma əlimizi yanımıza salıb təslm olmadıq. Sona qədər mübarizə apardıq, olmadı. Bizi tənqid edənlərə də hörmətlə yanaşırıq. Gəlin, real olaq, bizim komandamızın Messi və ya Ronaldosu yoxdur. Biz ancaq birlikdə daha güclüyük".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR