Türkiyə millisinin baş məşqçisi əsas hədəfi açıqladı: "Qrupdakı rəqibimiz Uelsdir"

img

29-03-2023 [08:56]


Ötən axşam Xorvatiyaya evində 2-0 uduzan Türkiyə milli komandasının baş məşqçisi Stefan Kuntz matçdan sonra rəqibin təcrübəsinə diqqət çəkən açıqlamalar verib.

Mia.az-ın məlumatına  görə, alman məşqçi Xorvatiya ilə müqayisədə zəif olduqlaırnı etiraf edib: "Əlbəttə, hesab bizi qane edə bilməz. İlk hissədə rəqibi 7-8 səhv etməyə məcbur etdik. Ancaq onlarn topla oynamasına baxanda, bizm  haralarda əskik qaldığımız daha aydın görünür. Xorvatiya komandası keyfiyyətli və təcrüblidir. Biz isə belə oyunları analiz edərək, səhvlərimizdən dərs alacağıq".

Qrupdakı 8 qarşılaşama diqqəti çəkən Kuntzun sözlərinə görə, bunlardan ikisini artıq oynayıblar: "Görünən odur ki, bizim qrupdakı əsas rəqibimiz Uels olacaq".

Xatırladaq ki, mğvcud qaydalara görə, qrupda ilk iki yeri tutan AVRO-24-də çıxış etmək hüququ qazanacaq.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR