Ağ Ev Netaynahu ilə bağlı xəbəri yalanladı

img

29-03-2023 [09:00]


İsraildə məhkəmə islahatı layihısinə görə böyük bir böhrana yol açan ölkənin baş naziri Netanyahunun yaxın günlərdə ABŞ-a səfər edəcəyi barədə xəbər rəsmi Vaşinqton tərəfindən təkzib edilib.

Mia.az-ın məlumatına görə, Ağ Ev İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfər planının hələlik gündəmdə olmadığını bildirib.

Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton jurnalistlərin suallarına cavabda deyib ki, Netanyahu da İsrailin əvvəlki rəhbərləri kimi, Amerikaya gələ bilər: "Ancaq hələlik yaxın günlər üçün  belə səfər nəzərdə tutulmayıb".

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfiri Tom Nides Benyamin Netanyahunun yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlamışdı.

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub