Zahid Oruc Fazil Mustafanın güllələnməsindən danışdı: "Təbii ki, bu sui-qəsdin siyasi səbəbləri var"

img

29-03-2023 [01:01]


"Fazil Mustafanın həyatının qorunması üçün bütün tibbi əməliyyatlar həyata keçirilir. Onun çiyinindən və ayağından güllələyiblər".

Mia.az xəbər verir ki, bu sözləri hadisə yerində olan deputat Zahid Oruc Fazil Mustafanın güllələnməsindən danışarkən deyib.

Deputatın sözlərinə görə, dövlətin bütün orqanları buradadır: "Hazırda araşdırma aparılır. Fazil bəyə 7-8 gülllə atılıb. Təbii ki, bu sui-qəsdin siyasi səbəbləri var. Kimlərsə 90-cı illərlə bu dövrü səhv salır, o vaxt da siyasi terrorlar baş alıb gedirdi. Həm də Qarabağ müharibəsindən sonra əksər adamlarda silah var idi. O silahlar ilə daxildə müxtəlif hücumlar həyata keçirirdilər. Görürsünüz, gecənin bu vaxtı insanlar da burdadır, bu, Fazil Mustafaya və dövlətə olan rəğbətin nəticədir...".

Xatırladaq ki, bu gün axşam saatlarında deputat Fazil Mustafa Zabratda yaşadığı evin qarşısında avtomat silahla atəşə tutulub.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.

Mia.az-ın məlumatına görə, Fazil Mustafa az əvvəl "Semako"da əməliyyatdan çıxıb. Məlumata görə, o, başqa bir xəstəxanaya köçürülüb.

Zülfiyyə

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR