Dollara tələbin artması manat üçün risklər yaradırmı? - Deputatdan şərh
28-03-2023 [18:02]
Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Əvvəlki hərracda sifarişin 47.9 milyon dollar olduğunu nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığı görünür.
Dollara tələbin artması manat üçün risklər yaradırmı? Tələbin artması səbəbləri nədir?
Mia.az xəbər verir ki, bu suallara cavab verən deputat Vüqar Bayramovun sözlərinə görə, tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir:
"Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bu günki hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı.
Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara tələb 105 milyon dollar olsa da sonrakı hərracda sifariş həcmi 72.2 milyon dollara, daha sonra 68.0 milyon dollaradək azaldı.
Bu baxımdan, növbəti hərraclarda mərhələli şəkildə sifariş həcminin azalacağı gözlənilir. Amma təbii ki, bu birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir".
Deputat xatırladır ki, 2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub: "2021-ci ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon dollar idi. Göründüyü illər üzrə idxalda hiss edilən artım var. Bunun bir hissəsi dövlət sifarişləri olsa da biznesin də payı az deyil. Təbii ki, idxal inflyasiyasi da digər indikatordur. İdxal artdıqca dollara tələb də artır. Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta ehtiyatlarımızı artır. Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir.
Samir Musayev
MİA.AZ
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir