İSRAİLDƏKİ SƏFİRLİYİMİZİN AÇILIŞI OLDU - Nazir və deputatlar açılışa qatılıblar (FOTOLAR/Yenilənib)

img

29-03-2023 [19:53]


Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.

Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.

Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

***

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib.

“Nuys.ru.com” xəbər verir ki, tədbirə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, israilli həmkarı Eli Kohen, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər/Report.

***

Xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Mia.az XİN-ə istinadla xəbər verir ki, nazir martın 29-30-da hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.

Bundan başqa, nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcək.

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR