Türkiyədə olan məşhur italiyalı məşqçi: "Təbii ki, "Yuventus"a dönmək istəyirəm"

img

28-03-2023 [16:25]


Super Liqa təmsilçisi "Fatih Karagümrük"ün baş məşqçisi Andrea Pirlo İtaliyanın "La Gazzetta dello Sport"a müsahibə verib.

Mia.az xəbər verir ki, italyan məşqçi Türkiyədə keçirdiyi günlərdən danışıb. 

"Fatih Karagümrük"ün ona yeni müqavilə təklif etdiyini bildirən Pirlo deyib ki, bu barədə hələ qərar verməyə tələsmir: "Məncə, mövsümün sonunda bu haqda danışmaq daha doğru olar".

Keçmiş komandası "Yuventus" haqqında danışan Pirlo "Yuventus"la çox yaxşı münasibətlərim var. Hələ də oradakı keçmiş işçilərlə əlaqə saxlayırıq. Hətta bu yaxınlarda Andrea Anelli ilə görüşdük. Təbii ki, yüksək səviyyəli kluba qayıtmaq istərdim", - deyəı bildirib

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR