Derbidə qalmaqal: məşqçi baş məşqçiyə kəllə atdı - "Mənə balaca siçan dedi" (FOTO)

img

28-03-2023 [14:05]


Dünya derbisi kimi göstərilən “Seltik” və “Reyncers” qadın futbol komandalarının üz-üzə gəldiyi matçda iki komandanın texniki heyətləri arasında qarşıdurma yaşanıb. 

Mia.az xəbər verir ki, bu barədə yayılan videoda "Seltik"in baş məşqçisi Fran Alonsonun futbolçu ilə əl sıxışarkən rəqib komandanın baş məşqçi köməkçisi Kreyq Makferson tərəfindən arxadan  kəllə ilə vurulduöu görülür. Bundan sonra tərəflər arasında dartışmaar başlayır...

Məsələ ilə bağlı açıqlama verən Alonso baş verənlərədn şoka düşdüyünü deyib: "Bu, emosiyanın, duyğulaırn bol olduğu futboldur. Düzü, onun zərbəsi çox ağır olmadı. Ancaq onun mənə "balaca siçan" deməsi daha ağır oldu".

Reyncers baş məşqçisi Malki Tomson bildirib ki, köməkçisinin hərəkəti böydüləcək hal deyil: "Açığı, mən onun kəllə atmasını görmədim, o üzdən nəsə danışmağım doğru olmaz..."

Fərid

MİA.AZ
 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub