İsraildə qarşıdurma yeni müstəvidə: səfirliklər bir-birinin ardınca işi dayandırır

img

27-03-2023 [17:41]


İsraildəki aksiya ölkənin diplomatik korpuslarının fəaliyyətinə də təsir etməyə başlayıb.

MİA.AZ NTV-yə istinadla xəbər verir ki, İsrailin həmkarlar təşkilatının çağırışına "qulaq verən" səfirliklər fəaliyyətlərini müvəqqəti dondurublar: "Artıq çağırışa səs verən İsrailin ABŞ, Belçika, Fransa, Estoniya, Finlandiya və CAR-dakı səfirlikləri bu gündən işi dayandırıblar. Onlar etirazçılarla həmrəy olduqlarını ifadə ediblər".

Xatırladaq ki, Netanyahu iqtidarı məhkəmə sahəsində islahat həyata keçirməyə can atır. Lakin müxaliflər və hökumətdəki ortaqları buna qarşı çıxaraq xalqı etirazlara səsləyib. Nəticədə ölkədə böyük izdihamlı aksiyalar başlayıb.

Bəzi ekspertlər iddia edir ki, bu vəziyyət ölkədə vətəndaş toqquşmasına qədər uzana bilər...

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR