AQC-nin İcra Aparatına rəhbər təyin edilib
27-03-2023 [17:34]
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin iclası keçirilib.
Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən Mia.az-a verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib.
Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. Onlarla iştirakçının qatıldığı sertifikasiya imtahanında 6 iştirakçı müvəfəqiyyət qazanıb, 6 qiymətləndiricinin isə sertifikatları yenilənib.
AQC sədri vurğulayıb ki, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb. O qeyd edib ki, bununla bağlı qərar onlayn toplantıda qəbul edilib: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Qeyd edilib ki, Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər”.
Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndirmə Palatasının nümayəndəsi Marat Baitokovun və özünün Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin kordinatorları seçildiyini söyləyən V. Oruc yaxın aylarda birliyin təsis yığıncağının keçiriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviqi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin təsis yığıncağına ciddi hazırlıq gedir.
Vüqar Oruc AQC sədrinin müşaviri Azər Niftiyevi AQC İcra Aparatının rəhbəri təyin etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, İcra Aparatı cəmiyyətin fəaliyyətinin təşkili, hüquqi və analitik-informasiya təminatını həyata keçirəcək. İcra Aparatında 9 üzvün təmsil olunduğunu deyən sədr üzvlərdən beşinin qiymətləndirmə şirkətlərinin rəhbərləri olduğunu bildirib. AQC sədri Vüqar Orucun İcra Aparatının tərkibi ilə bağlı təyinatları İdarə Heyəti tərəfindən yekdilliklə təsdiq edilib. Azər Niftiyev İcra Aparatının rəhbəri, İlham Bağırov, Emil Mahmudov, Nail Həşimov, Elmar Aşurov, Rüfət Əliyev, Aygün Hüseynova, Kəmalə İsmayılova və Ziya Mustafayev İcra Aparatının üzvləri təyin olunub.
Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı iclasda İdarə Heyəti üzvlərinin məruzələri və təklifləri dinlənilib, AQC-nin beynəlxalq əlaqələrinin inkişafına yönəlik fəaliyyətin artırılması qərara alınıb.
MİA.AZ
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb