Turqut Özalın oğlu yarıyolda qaldı - Cəmi 1361 imza yığan Əhməd Özal "Bu prosesi "çadır teatrı"na döndəriblər" deyir

img

27-03-2023 [11:40]


“Səsimiz 25 faizdir” deyərək iddialı çıxış edən Türkiyə ittifaqının prezidentliyə namizədi, mərhum Turqut Özalın oğlu Əhməd Özal iddiasının əksinə olaraq tələb olunan 100 min imzanı toplaya bilməyib.

Mia.az xəbər verir ki, o, indiyədək cəmi 1361 imza toplayaraq, gülünc vəziyyətə düşüb.

Məsələ ilə bağlı Haberler.com-a açıqlama verən Özal bəzi böyük partiyaların bəzi namizədlər üçün imza topplamaq üçün avtobusla adam daşıdığını, bəzi insanlaırn isə bu prosesi alverə çevirdiyini iddia edib: "Seçki məntəqələrinin qarşısında bəzi qruplar formalaşıb. "Mənə 200 lirə verin, imza verim" təklifi edəərk bunu alverə çevriblər. Sanki çadır teatrıdır. Mənə belə imza lazım deyil, bunun səslə heç bir əlaqəsi yoxdur. İstənilən seçki məntəqəsinə gedin, belə teatrları görəcəksiniz. Və yaxud Malatyada seçki məntəqəsi əhalinin sıx yaşadığı yerdən 40 kilometr aralıdadır. Heç kəsi ora apara bilməzsən...".

"Yaşadığınız xəyal qırıqlığı sizi məyus etdirmi?" sualına Özal "Xeyr. Seçki ilə imzatoplama arasında heç bir əlaqə yoxdur. Məsələn, Malatyada 150 min səs alaraq deputat seçildim. Amma indi Malatyada 40 kilometr uzağa seçici daşımaq mənə görə deyil", - deyə cavab verib.

Turqut Özalın oğlu bu gün saat 20.0-da başa catacaq imzatoplama kampaniyası çərcıvəsində maksimum 3-4 min imza yığılacağını deyərək, faktiki prezidentlik yarışında olmayacağını bəribaşdan etiraf edib.

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR