Kılıçdaroğlu: "Baş-başa yarış kimi kampaniya aparacağıq" - İmamoğlu isə...
27-03-2023 [00:05]
Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu CHP-li bələdiyyə sədrləri ilə qapalı toplantı keçirib.
Mia.az Türkiyənin "Cumhuriyyet" qəzetinə istinadla xəbər verir ki, Çankaya Bələdiyyəsində keçirilən qapalı toplantıda seçki ilə bağlı faktiki vəziyyət müzakirə edilib.
Kılıçdaroğlu toplantıda çıxış edərək, deyib ki, indiyədək aparılan sosialoji rəy sorğularına aldanmaq lazım deyil: "Bizə də yüksək səs aldığımız rəy sorğuları gəlir, ancaq biz buna deyil, sanki baş-başa yarış varmış kimi kampaniyaya köklənəcəyik. Qətiyyən rahat dayanmayacağıq, dayanmamalıyıq. Yalnız səslərimizin yüksək olduğu yerlərə deyil, həm də səsimizin az olduğu yerlərə diqqəti artırmalıyıq. Belə yerlərə getməli, insanları inandırmalıyıq. Əsla insanları bir-birindən ayıran üsluba getməyin. Heç kimə sərt davranmayın. Pis davransaq, Ərdoğandan nə fərqimiz olacaq? Türkiyəni idarə etməyə can atırıq. Biz bunu yerli bələdiyyə seçkilərində göstərdik, indi ümumən ölkə üzrə göstərmək istəyirik”.
Toplantıda çıxış edən İstanbul Bələdiyyə sədri Əkrem İmamoğlunun sözlərinə görə, seçki kampaniyasında əsas diqqəti bahalığa yönəltmək gərəkdir: "Biz kampaniyalarda hətta AKP-nin tərəfdarı olan öyrədilmiş insanalara belə yad kimi baxmayacağıq. Onları özümüzdən uzaqlaşdırmayacaq çıxışlarımız olmalıdır. Dolanışığın ağırlığı, bahalıq, ağır sosial həyat daha ciddi qabardılmalı, bu istiqamətdə təbliğatımız güclənməlidir. İnsanlar mütləq dəyişiklik istəyir. Bundan başqa, çıxış və təbliğatlarımızda təkcə CHP-nin deyil, Millət İttifaqını adından danışmaq daha yararlı olacaq".
CHP sədr müavini Onursal Adıgüzel isə seçki günü seçki qutularına nəzarətin mütləqliyinə diqqəti çəkib: "Biz hələ də zəif olduğumuz dairələrdə mövcud olan 3 min 90 seçki qutusuna məsul şəxs tapa bilməmişik. Bələdiyyə sədrləri bu məsələni qısa zamanda həll edəcək könüllülər tapmalıdır".
Zülfiyyə
MİA.AZ
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)