İqtisad Universitetinin keçmiş müəllimi Türkiyədə prezidentliyə namizəd oldu - Açıqlama

img

26-03-2023 [18:00]


Azərbaycanda indiki İqtisad Universitetində uzun illər dərs deyən Sinan Oğan Türkyədə Ərdoğan, Kılıçdaroğlu və Məhərrəm incədən sonra prezidentliyə namizəd statusu qazanıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü Tviter-də paylaşım edib.

Ata ittifaqının namizədi kimi seçkiyə qatılan Sinan Oğan bildirib ki, artıq tələb olunan 100 min imzanı toplayıblar: "Əziz türk millətinin övladlarıı, bütün çətinliklərə rəğmən, inşallah, 120 min imza hədəfinə çatacağıq. Bu ədalətsiz düzəndə qəti 100.000-ə çatdıq, artıq imz atmamıza gərək yoxdur deməyin. Çünki zəfərimizi əlimizdən almaq üçün hər şeyi edəcəklər".

Sinan Oğan hər bəhanə ilə imzalarının saxta çıxarılma ehtimalını nəzərə alaraq, tərəfdarlarənı imzaların 120 minə çatana qədər davam etməyə səsləyib.

Xatırladaq ki, azərbaycan əsilli Sinan Oğan 1 sentyabr 1967 Iğdırda anadan olub.

2011-ci ildə Türkiyədə keçirilən parlament seçkilərdə Milliyyətçi Hərəkat Partiyasından İğdır millət vəkili seçilib. O, 2015-ci ildə MHP-dən xaric edilib, lakin məhkəmədə qalib gələrək partiyaya qayıdıb. 2017-ci ildə üç MHP deputatı ilə birlikdə yenidən xaric edilib. 

Sinan Oğan İğdırın Melekli qəsəbəsində Azərbaycan türk ailəsində anadan olub.

 Mərmərə Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsini bitirib və həmin universitetdə magistratura pilləsini bitirib. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MDBMİ) doktorantura təhsili alıb. O, yüksək səviyyədə rus və akademik ingilis dilini bilir. Mərmərə Universiteti Türkşünaslıq İnstitutunda elmi işçi, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini vəzifələrində çalışıb. 

O, TİKA-nın Azərbaycan nümayəndəsi olub. O, Azərbaycan prezidenti tərəfindən “Dövlət ordeni” ilə təltif edilib. O, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Rusiya Ukrayna Araşdırmalar Masası rəhbəri olub. TÜRKSAM-ı qurub və sədri olub. 3 kitabı və 500-dən çox məqaləsi var.

Lamiyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR