Qubada azərbaycanlıların soyqırımı ilə bağlı konfrans keçirilib - FOTOLAR
26-03-2023 [17:19]
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın tarixi əhəmiyyəti” adlı konfrans keçirilib.
Mia.az xəbər verir ki, konfrans Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Azərbaycan Pedoqoji Universitetinin Quba filialı, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən öncə iştirakçılar 31 mart soyqırımı abidəsini ziyarət edərək Kompleksin “Muzey” bölməsi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan Konfransda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, onun tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.
Daha sonra Azərbaycan Pedoqoji Universitetinin Quba filialının rektoru fizika elmləri doktoru dosent Yusif Aliyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin direktoru Kamran Əliyev çıxış edərək tarixən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini qeyd ediblər.
30-a yaxın məruzəçinin çıxış etdiyi konfransın sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Zülfiyyə
MİA.AZ
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)