Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-03-2023 [00:09]
Qoç - tərəfdaşlar, rəhbərlik və ya rəqiblərin reaksiyasının dəqiqləşdirilmədiyi məkanlarda aktiv olmayın. Şəraitə uyğun davranın, çalışdığınız layihələrin təfərrüatlarına daha çox diqqət yetirin. Avantüraları istsina edin. Konstruktiv əsası olan məsələlərə daha çox fikir verin.
Buğa - işlərinizi artırmayın, izafi öhdəliklər götürməyin. Belədə tez yorula bilərsiniz. Prioritetləri müəyyənləşdirin və əvvəllər yerinə yetirə bilmədiyiniz işlərin öhdəsindən gəlmək şansını dəyərləndirin. Ünsiyyətdə məhdudiyyət yoxdur. Maraqlı şəxslərlə danışıqlar aparın. Müzakirələr və sövdələşmələr üçün əlverişli gündür.
Əkizlər - dostlar məsləhəti, yardım və ya köməklə dadınıza çata bilər. Qəfil an olsa da, yetərli effektə nail olmaq üçün şansdan yararlanın. Emosional narazılıq, təşviş sizi təbdən çıxara bilər. Alış-veriş uğurlu olmayacaq, pulların mənasız sərfiyyatına çevriləcək.
Xərçəng - cari situasiyanın sizdən tələb etdiyi məqamları dürüst hesablayın. İşdə həmkarlarla münasibətlərdə gərginlik yaratmayın, problemi çözməyin yolunu tapın. Emosiyalarınızı gərərək əlavə problemlər yaratmayın. Tələskənlik etməyin, hövsələsiz davranmayın. Təmkinli və soyuqqanlı olun. Vaxtınızı əsassız xülyalara sərf etməyin, ciddi işlərlə məşğul olun.
Şir - yaşanacaq hadisələrə süni təkan verməyin. Olaylar öz məcrasında, spontan şəkildə inkişaf etsin. Cavab reaksiyasını ləngitməyin. Aktiv olun, enerjili fəaliyyət göstərin. Tələskənlik, hövsələsizlik etməyin. Yalnız öz maraqlarını düşünərək yaxın ətrafınızdakı insanların mənafelərini heçə saymayın.
Qız - Kollektiv işə töhfəniz ciddi ola bilər. Məqsədi dəqiqləşdirin, rolunuzu dəqiq yerinə yetirin. Bundan sonrakı fəaliyyətinizin istiqamətləri müəyyənləşir. Yeni informasiya, suallara cavablar peyda olur. Axşam saatlarında sakit məşğuliyyəti seçin, istirahət edin. Səhhətinizə fikir verin.
Tərəzi - günün ilk yarısında yaradıcılıq potensialı yüksəkdir. Əvvəllər çözə bilmədiyiiz bir neçə problemi asanlıqla həll edəcəksiniz. Məsləhət və göstərişləriniz yaxın ətrafınızdakı insanların xoşuna gələcək. Yeni müttəfiq və tərəfdaş tapmaq şansı var. Günün yaratdığı imkanlardan yararlanmaq üçün səy göstərmək gərəkdir.
Əqrəb - əlverişli, işdə və şəxsi münasibətlərdə yeni perspektivlərlə imkanlar yaradan gündür. İctimai həyatda aktiv iştirak edin. Tədbirlərə qatılın, vaxtınızı maraqlı keçirin. Nüfuzlu insanlarla görüş və danışıqlarda xeyir var. Yeni hami, sizə dəstək olacaq insan tapa bilərsiniz.
Oxatan - alış-veriş üçün əlverişli gündür. Güzəştlərə getmək gərəkdir. Bir addım geri çəkilsəniz, nüfuzunuza zərbə dəyməz, münasibətlərdə sərinlik yaranmaz. Yaxın ətrafınızdakı insanlara qarşı irəli sürdüyünüz tələblər məntiqidir. Ailəlisinizsə, uşaqlarla dil tapın. Sərt və aqressiv olmayın.
Oğlaq - kiçik problemlər, xırda anlaşılmazlıqlar, sizi təbdən çıxaran nüanslar günüdür. Neqativ emosiyalar baş verənləri dəqiq qiymətləndirməyə mane olur. Halbuki işlərin axarı o qədər də pis deyil. İşlə bağlı, şəxsi həyatda da problemlər təcili həllini tələb edir. Prioritetləri nə qədər tez müəyyənləşdirsəniz, bir o qədər yaxşıdır.
Dolça - maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış alış-verişdən, bahalı əyləncədən imtina edin. Yaşam potensialının səviyyəsi aşağıdır. Günün ikinci yarısında travma və ağrı riski var. Ağır işə başlamayın.
Balıqlar - tənbəllik etməyin, işləri təxirə salmayın. İndi aktiv fəaliyyət zamanıdır. Günün ikinci yarısında maliyyə çətinliklərinin əhvalınızı pozması istisna deyil. Pərişan olmayın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub