Geniş antiterror əməliyyatlarına hazırlıq gedir? - Təhlil
25-03-2023 [18:46]
Turan Rzayev,
Politoloq
***
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Belə ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Son hadisə bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var. Bu isə sülh və diplomatiya ilə mümkün deyil.
Belə ki, Qarabağda hazırda 10 mindən çox qeyri-qanuni erməni silahlıları qalmaqdadır. Ermənistan isə aktiv şəkildə Qarabağa qanunsuz silah daşımağa davam edir. Rusiyaya gəldikdə isə sülhməramlılar faktiki olaraq bu prosesin qarşısını almaq əvəzinə, əksinə qeyri-leqal silahlanmaya dəstək olurlar.
Qarabağda qanunsuz erməni silahlılarının olması, Ermənistandan onlara qeyri-leqal silah-sursatın daşınması və Rusiya sülhməramlılarının qeyri-leqal silahlanmaya dəstək olmaları faktiki olaraq həm 10 noyabr bəyanatının, həm də Ermənistanla sülhün əldə edilməsi istiqamətində danışıqların pozulması deməkdir.
Rəsmi Bakı bütün bunları əsas gətirib antiterror əməliyyatlarına başlaya, əməliyyatların gedişinə uyğun olaraq isə bunu sülhə məcburetmə əməliyyatları ilə genişləndirə bilər.
İndiki məqamda bir sual aktual olaraq qalır: rəsmi Bakı antiterror əməliyyatlarına başlamaq üçün nəyi gözləyir?
Prinsip etibarilə Azərbaycanın antiterror əməliyyatlarına başlamaq üçün hüquqi əsasları var. Digər tərəfdən ordu da buna tam hazırdır. Lakin əməliyyatlar başlamadan öncə beynəlxalq və regional siyasi vəziyyət nəzərə alınmalıdır.
Bakı həm diplomatiya sahəsində, həm də geosiyasi müstəvidə ehtimal təzyiq və təhdid vasitələrinə qarşı qabaqlayıcı tədbirlər alır.
Lakin əsas səbəb kimi Bakı antiterror əməliyyatlarına başlamaq üçün Türkiyədə baş tutacaq seçkiləri gözləyə bilər. Düzdür, situasiyadan asılı olaraq bu proses tez də baş verə bilər, lakin belə olacağı təqdirdə bu məhdud xarakterli bir əməliyyat olacaq. Genişmiqyaslı antiterror əməliyyatının Türkiyədə baş tutacaq seçkilərdən sonra baş verməsi mümkündür.
Türkiyə və Azərbaycan strateji hərbi müttəfiqdir. Bu mənada iki ölkə atılacaq həyati addımlardan öncə müzakirələr aparır, ortaq məxrəcə gəlir. Bu istiqamətdə də tərəflərin danışıqlar aparması istisna deyil.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb