ORDUMUZ LAÇIN YOLUNUN ŞİMALINDAKI TORPAQ YOLLARI NƏZARƏTƏ GÖTÜRDÜ - MN açıqlama yaydı
25-03-2023 [17:00]
"Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib".
Mia.az xəbər verir ki, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir:
"Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.
Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib".
Samir MUSAYEV
MİA.AZ
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq