Türkiyə millisi Ermənistanda - Erməni jurnalist baş məşqçiyə "uduzsanız, ölkənizə necə qayıdacaqsız" sualını verdi

img

24-03-2023 [21:27]


AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində D qrupunda sabah Bakı vaxtı ilə saat 21.00-da İrəvanda Ermənistan millisi ilə qarşılaşacaq Türkiyə milli komandasınn baş məşqçisi Stefan Kunts erməni jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xəbər verir ki, almaniyalı məşqçisi erməni jurnalistlərin suallarına cavab olaraq Ermənistan komandasının 2020-ci illə müqayisədə indi fərqli oynadığını deyib: "2020-ci ilədək, yəni, koronavirusa qədər Ermənistan milllisi ispan futbol tərzinə yaxın oyun sistemi ilə çıxış edirdi. Ancaq sonradan məşqçi dəyişdi, heyətə əlavə oyunçular cıəlb olundu. Yəni, sisteminiz indi dəyişib. Əslində, sizin oyun sisteminizdən çox, öz oyun sistemimizi düşünürük...".

Başqa bir erməni jurnalist isə Kuntsa “məğlub olsanız, ölkənizə necə qayıdacaqsınız?” sualını verib. 

Türkiyə millisinin almaniyalı məşqçisi bu sualı belıə cavablandırıb:  “Mən o ssenarini beynimdə belə oynamıram. Biz sadəcə öz oyunumuzu oynayacağıq. Ümumiyyətlə, oyunda müəyyən prinsiplər var. İstər 3-lü, istərsə də 4-lü müdafiı xəttli oyun sistemi olsun, bizim öz prinsiplərimiz var. Sabahkı matçı ən yaxşı şəkildə oyamayaraq qalib gəlməyə çalışacağıq".

Xatırladaq ki, Türkiyə milli komandasının qaldığı otel həm Türkiyə, həm də Ermənmistan təhlükəsizlk qüvvələri tərəfindən qorunur. Bu barədə "TRT Spor" məlumat yayəb.

Fərid

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR