Kılıçdaroğlu İnceyə "geri çəkil" xahişini etdi, elə cavab aldı ki...

img

23-03-2023 [23:24]


Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu "Halk TV"də prezidentliyə keçmiş namizəd, Məmləkət Partiyasının sədri Muharrem İnceyə çağırış edib.

Mia.az xəbər verir ki, o, aparıcının "Müharrem İnce  ilə görüşəcəksinizmi? Ondan gözləntiniz nədir?" sualına belə cavab verib: "Bütün partiyaları ziyarət edəcəm. Məmləkət Partiyasına da baş çəkəcəyəm. Olması lazım olan budur: birinci turda bu işi alıb Türkiyəni ikinci dəfə yormayaq".

Kılıçdaroğlunun prezidentlik yarışından geri çəkilməsini istədiyi İnce bu çağırışa çox operativ reaksiya verib. 

Bu barədə jurnalist Candaş Tolga Işık paylaşım edib: "Müharrem İnce ilə danışdım. Kılıçdaroğlunun ona "Birinci turu bitirməliyik" çağırışı kilə bağlı "Hələ əvvəl 100 min imza toplayım (prezidentliyə namizəd olması üçün tələb olunan imaza sayı-Mia.az), Kamal bəy mənim qardaşımdır, sədrimdir. Onun sözlərinə qulaq asır, həm də məmnuniyyətlə görüşərəm, danışaram” dedi".

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR