"Düşmən bunu etməz!" - “Fənərbağça”nın Avroliqaya vida etməsinə belə şərh verilir

img

17-03-2023 [12:09]


Məlum olduğu kimi, Avropa Liqasın çərçivəsində ilk matçda 2-0 uduzduğu "Sevilya"nı İstanbulda 1-0 məğlub edən "Fənərbaxça" bu yarışla vidalaşıb.

Mia.az xəbər verir ki, Türkiyə və İspaniyanın  futbol şərhçiləri "Fənərbağça"nın tura vida etməsini azarkeşlərlə əlaqələndiriblər.

Onların birmənalı şəkildə "düşmən bunu etməz" şərhini qüvvətləndirən məqam isə azarkeşlərin meydana yad cismlər atması göstərilir.

İddiaya görə, 2-ci qolu vurmaq üçün ciddi üstünlük və oyun tempi quran türklər məhz oyunun dayanmasından sonra inam və oyun tempini itiriblər. Belə ki, 41-ci dəqiqədə Valensiyanın penaltidən vurduğu qolu ilə önə keçən “Fənərbaxça” mübarizənin ikinci yarısında tempini tədricən artırıb. İstanbul komandasının "Sevilya"nı qapısında  mühasirəyə aldıqları dəqiqələrdə tribunalardakı azarkeşlərinin hərəkəti "Fənərbağça"nın "qətinə fərman" olub. Vaxtı ötürmək üçün fürsət gözləyən “Sevilya”nın qapıçısı Dmitroviçin başına dəyən maddədən sonra ayağa qalxmayıb. Buna görə, oyun 6 dəqiqəyə yaxın durub...

Matçın sonunda Jorge Jesus da bu vəziyyətə diqqət çəkərək, deyib ki, azarkeşlər əməlləri ilə rəqib komandaya dəstək verib: "Azarkeşlərin meydançaya atdığı əşyalara görə ritmimizin pozulduğu bir həqiqətdir. Əslində, bunu "Sevilya"lı futbolçular da istəyirdilər. Onlar bizim oyun tempimizi mümkün qədər dayandırmaq üçün bu cür davranışdan yararlandılar. Bunun üçün də matç boyu əllərindən gələni etdilər. Azarkeşlərimiz də gərgin idi. Onların etdikləri "Sevilya"ya kömək oldu. "Sevilya" zatən "anti-futbol" oynayırdı. Belə bir vəziyyətdə azarkeşlərimizin atdığı şeylər üzündən oyun dayandı və "Sevilya" istədiyini qazandı.

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR