Yuxarılara deyin ki, Əzrayıl gəlir...
09-03-2023 [15:43]
Elmar Hüseynov
***
Yaradıcı adamların öz dünyası olur. Onların gözəlliyi də odur ki, heç vaxt kin-küdurət bəsləməzlər. Bir gün baxarsan səni sevə-sevə, öyə-öyə ən yüksək zirvələrə çıxararlar, bir gün də baxarsan ki, səni yerdən-yerə vurub səndən kiçik bir şey üstündə küsdülər.
Ona görə də Azərbaycanda yaradıcı adamlara iki cür baxış olur:
1. Başıxarab adam kimi baxırlar
2. Ciddiyə almırlar.
Müdrik xalqımızın bu uzaqgörən və siyasi baxışının nəticəsidir ki, Azərbaycanda əsl yaradıcı adamlar acından ölən, küçələrdə qalan, işsiz gücsüz, bir sözün, bir şeirin, bir hekayənin dalına düşən avam adamlar hesab olunurlar.
Hər şey cəhənnəm, mayasında azdan-çoxdan İlahi yaradıcılıqdan pay alan və hər vəchlə yaltaqlıq edib, hökumətin qucağında özünə xüsusi yer edənlər də öz yaradıcı həmkarlarını ələ salıb, gülməklə məşğul olur.
Ona görə də, gözəlim məmləkətimizdə hər şey başayaqdır. Məsələn: qiymətlər az qala 50-100 faiz qalxanda dövlət məmurlarının əməkhaqqısı 10-15 faiz qalxır. Əhalinin yarısı acından ölür. Digər yarısı isə, bu aydan o biri aya ailəsini zar-zor keçirir ki, başqalarına borclu qalmasın...
Bu ara televiziyalarımız da öz ampluasında. Acından ölürəm deyə, şikayət edənləri işdən çıxarırlar ki, acından ölürəm deməsi real görünsün. Bu sahədəki rəhbərləri ancaq çal-çağır düşündürür. TV-lərdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin evlilik şouları boy göstərir.
Elə bir televiziyamız yoxdur ki, orda ölkənin daxili problemlərinə həsr olunmuş veriliş olsun. Axırıncı dəfə belə bir verilişdə ekspert Fransadakı mitinqdən danışaraq, Makronun qabırğasına necə döşəyirdisə, dedim o sarı gədə indicə Fransadan gəlib deyəcək ki, ə yaxı, bildik, biz ermənilərin bacısıyıq, kişi deyilik. Amma sən də kişisənsə arada öz gözünüzdəki tiri gör də... Gərək bu tiri çıxarıb, münasib yerinizə soxaq ki, görəsiniz?
Nəsə... Yüksək intilgentə malik KVN-şiklərimizin Televiziya rəhbəri, jurnalistikaya aid olmayan adamların bu sahənin başbilənləri olması da ayrı bir aləmdi. Hansı haqqında da yazsan ki, axı sənin burda nə itin azıb? Bura sənin yerin deyil, deyəcəklər ki, yuxarıdan belə məsləhət oldu.
Deməli, gözəlim məmləkət, yuxarıdan necə məsləhət olursa, o cür də idarə olunur. Bəlkə də belə deyil. Amma o yuxarılardan soruşmaq lazımdır, görək, biz aşağıların acından ölməsi onların məsləhətidir, ya yox? Əgər onların məsləhətidirsə, desinlər, biz də şikayət etmədən, canla-başla acından ölməyimizə baxaq. Yox əgər onların məsləhəti deyilsə, yuxarılara bu cür şər atırlarsa, daha pis.
Onda yuxarılara deyim bilsinlər: bir gün Əzrayıl gəlir Əli kişinin canını almağa. Əli kişi də çox əməlisaleh adam olur. Əzrayıl Əli kişinin canını almaq məqamında olarkən Əzrayıla məlumat gəlir ki, səhv gəlib. Ölüm növbəsi Əli kişidə deyil.
Əzrayıl Əli kişinin qorxudan rənginin ağardığını görüb, deyir: Madam səni belə çox qorxutdum, məndən nə diləsən edərəm.
Əli kişi deyir, heç zad, madam bir gün gələcəksən, onda öncədən xəbər edərsən.
Aradan xeyli vaxt keçir. Günlərin birində Əzrayıl yenidən Əli kişini qarşısına keçir və deyir:
- Dur gedək!
Əli kişi bir aşağı baxır, bir yuxarı baxır və deyir:
- Bu boyda da namərdlik olar? Gəlməmişdən bir xəbər göndərərdin, mən də hazırlığımı edərdim. Heç olmasa əlimdəki işi bitirərdim.
Əzrayıl halını pozmadan deyir:
- Sağdakı qonşun Məmmədi tanıyırdın?
Bəndə dərhal cavab verir:
- Əlbəttə, Allah rəhmət eləsin.
Əzrayıl:
- Onu keçən ay apardım. Soldakı qonşun Qulamı tanıyırdın?
Bəndə yenə dillənir:
- Əlbəttə, Allah rəhmət eləsin.
Əzrayıl yenə halını pozmadan:
- Onu da keçən həftə apardım. Day bundan başqa nə cür xəbərdarlıq edəydim sənə?
Bu misalı ona görə çəkdim ki, bir neçə ay öncə Cənubdakı qonşumuzda, bir aydır ki, qərbdəki qardaş bildiyimiz qonşuda, dünən də Şimal-qərb tərəfdəki
qonşumuzda baş verənlər, bizim üçün də xəbərdarlıqdır.
Əgər bizim acından ölməyimizi yuxarı məsləhət görməyibsə, bir zəhmət o yuxarılara deyin, Əzrayıl gəlməmiş öz işlərini, hazırlıqlarını görsünlər, yoxsa belə davam edəcəklərsə, tezliklə Əzrayıl mübarək qədəmlərini bizim ölkəyə də qoya bilər. Hər ehtimal, sonra bizdən inciməsinlər ki, biz görmürdük görmürdük, bəs sizə nə olmuşdu, niyə demirdiniz? Heç olmasa bir xəbər göndərəydiniz də...
Biz də xəbərimizi indidən göndərdik...
MİA.AZ
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb