Naxçıvanda “Misli” və “Azərlotereya”nın yeni açılan şöbəsi və ya "dövləti udacam" düşüncəsi... - Sabiq deputat və jurnalistlər qumar biznesini "topa tutdu"
09-03-2023 [15:27]
"“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu “Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin - “Misli” və “Azərlotereya”nın açılışında deyib ki, "Naxçıvana gəldiyimizdən bəri burada böyük potensial gördük".
Mia.az xəbər verir ki, bu sözləri əslən Naxçıvandan olan jurnalist Elmar Hüseynov sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, Zafer Reisoğlu bununla demək istəyib ki, burda da "dövləti udacam" düşüncəsi ilə dövlətlə qumar oynamaq istəyənlər çoxdur: "Hadi qazlar, bizə pul qazandırmağa tələsin...
Qeyd edim ki, "Misli" və "Azərlotereya" Azərbaycanda dövlət tərəfindən qanuniləşdirilmiş qumar oyunudur. Xalqın əlində ovcunda nə varsa, bir şəkildə şirnikləşdirib, cibindən çıxarmaq məqsədi daşıyır!".
Jurnalist daha sonra yazıb ki, "Misli" rəhbərliyi qazandıqları haram pulla ötən il halallıqdan dəm vuran, oruc tutub namaz qılan jurnalistləri İngiltərəyə gəzməyə belə aparmışdı...
Jurnalistin bu paylaşımına ölkənin tanınmış xeyli jurnalisti və ictmai fəal kəsimi reaksiya verib.
Məsələn, jurnalist Çngiz Sultansoy belə şərh yazıb: "Bəy, "Misli" və "Azərlotereya" Azərbaycanda dövlət tərəfindən qanuniləşdirilmiş qumar oyunu deyil. Olsaydı, dərd yarı idi. "Misli" və "Azərlotereya" Azərbaycanda dövlət tərəfindən qanuniləşdirilmiş şulerlər, yəni qumar fırıldaqçıları, kartbasanlardı. Azərbaycanda lotereya, yəni şulerlərlə qumaq oynayanın ağlı yoxdu".
Sabiq deputat Nazim Bəydəmirli isə statusa belə reaksiya verib: "Bütün super dələduzlar, fırıldaqçılar üçün Azərbaycandan münbit yer yoxdur... Bu türk şirkəti fırıldaqçıların fırıldaqçısıdır..."
İSBAM sədri Samir Adigozəlli isə MR-dəkı açılışı belə şərh edib: "İndi Naxçıvanda da camaat əlində ovcunda olanı bunların qumarina qoyar".
Jurnalist Məhəmmədəli Qəribli də ironiya ilə yazıb ki, doğulduğu torpaq bu açılışla "ağ günə çıxar": "Mən yazmaq istəyirdim bu barədə, sağ ol ki, toxundun bu mövzuya".
Məsələ ilə bağlı şirkətin də mövqeyini dinləməyə hazırıq.
Samir MUSAYEV
MİA.AZ
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"
AzTV-nin əməkdaşı vəfat edib
“eManat”dan karta pul yüklənməsi: faiz tutulacaq
Qılıncdan raketlərə: texnologiyanın dəyişdirdiyi dünya - TƏHLİL