AKŞENER CHP LİDERİNƏ "YOX" DEDİ: "Buradan Mansur Yavaşla İmamoğluna səslənirəm..." - "6-lı masa" dağıldı

img

03-03-2023 [16:22]


Xəbər verdiyimiz kimi, dünən Türkiyə müxaliflərinin seçki bloku olan "6-lı Masa" vahid namizədinin müəyyən olunduğunu, ancaq adının martın 6-dakı iclasdan sonra açıqlanacağını bəyan edib. Bu gün isə baş verənlər göstərir ki, "6-lı Masa" vahid namizədini elan edə bilmədən dağılıb.

Mia.az xəbər verir ki, bu bəyanatdan sonra bu gün az əvvəl Meral Akşener lideri olduğu İYİ partiyanın mövqeyini açıqlayan brifinq keçirib.

O, sensasiyalı ifadələr işlədərək bildirib ki, İYİ partiya vahid namizəd seçimi məsələsində təzyiqlərə boyun əyməyəcək: "Dünənki toplantımızda Kılıçdaroğlunun adı namizədlik üçün açıqlandı. Biz isə Mənsur Yavaş və Əkrəm İmamoğlunun adlarını çəkdik. Şəxsi ambisiyaları Türkiyədən üstün tutanlara biz boyun əyməyəcəyik. İYİ partiyası bir seçimə zorlanır. Biz "jaketimi atsam, namizəd çıxararam" iddiasını qəbul etmirik. Geçən sənə biz 5 siyasi partiya ilə bir araya gəlib yeni blok yaratdıq. Bir çox önəmli məsıələlərdə ortaq rəyə gəldik. Dünənki toplantıda prezidentliyə ortaq namizədimizi müzakirə etdik. 5 partiya Kılıçdaroğlunun namizədliyini bəyan etdi. Biz ise Mansur Yavaş və Ekrem İmamoğlu adını irəli sürdük...".

Akşener daha sonra deyib ki, o və partiyası vahid namizədin müzakirələrlə müəyyən edilməsini istəyib: "Biz bu prosesin sağlam araşdırma ilə müəyyən olunmasını istədik. Amma bizim fikirlərimiz rədd olundu, kiçik hesablarla uzaq getmək olmaz. "Altılı masa"nın son toplantısında bir dırnaq üçün anlayışa varıldı. Şəxsi hirslər Türkiyəyə xeyir verməz, yenilgi üstünə yenilgi gətirər. Biz İYİ Partiyanı bunun üçün qurmadıq. Öncə millət, öncə məmləkət deməkdən vaz geçmədik. Vaz geçmədən danışdıq, anlatdıq, dinlətdik, göstərdik, ancaq olmadı. Masa artıq notarusa dönüb".

Partiya sədri kürsüdən  Mansur Yavaşla Əkrəm İmamoğluna çağırış edib: "Bütün əngəllərə abxmayaraq, çox çalışdınız. Vəzifənizi ən yaxşı formada icra edirsiniz. Millətimizi dağıntı altında belə yalnız buraxmadınız. Çox kritik bir qırılmanın astanasında miillətimiz sizi görəvə çağırır. Bu vəzifə rəddedilməz bir vəzifədir. Bu çağrının sahibi millətdir. Bu saatdan sonra bizlərə düşən seçim etməkdir".

Partiya sədri sonda "6-lı Masa"dan çəkildiklərini bəyan edərək sözlərini belə bitirb: "Ya tarix yazacağıq, ya tarix olacağıq".

Qeyd edək ki, Əkrəm İmamoğlu bu gün Akşenerin brifinqindən bir neçə saat əvvəl  açıqlama verərək, namizədlərinin Kamal Kılıçdaroğlu olduğunu bəyan edib.

Xatırladaq ki, dünəndən Akşenerin "6-lı Masa"da fikir ayrılığı çıxardığı və seçki blokunu dağıtmaq üzrə olduğu deyilirdi.

Xüsusilə İYİ partiyanın Maliyyə İşlər üzrə rəhbəri, eyni zamanda, partiyanın Sakaryadan deputatı Ümit Dikbayırin iki paylaşımı bu yöndə sualları aktullaşdırmışdı. Onun dünənki iclasdan dərhal sonra əvvəlcə "Millət 5-dən böyükdür" tvitini atıb, az sonra silməsi, ardınca isə "Biz bu müqəddəs yola çıxarkən sadəcə və sadəcə millətimizə söz verdik, güvəndik. And olsun, millətimizi yanıltmayacağıq. Millətimiz nə desə, o olacaq" paylaşımı  İYİ partiyanın CHP lideri ilə eyni yolu getməyəcəyi qənaətini gücləndirirdi..

Lamiyə Əhmədli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR