Vicdanımız olsun, Xocalını unutmayaq
28-02-2023 [00:08]
Zülfiyyə Mustafayeva
Mia.az saytı
***
Xocalı haqqında özüm qəsdən bu gün yazıram. O gün QHT Agentliyinin tədbirində də dedim. Nə qədər ki, içi mənqarışıq, bu faciəni yalnız fevralın 25-də yada salıb, 26-da axşam mövzunu baglayacagıq, bizi dünyada saya salan olmayacaq.
Özümüz aglayıb, özümüz eşidəcəyik. Düzdü, bəzi ölkələrə, parlamentlərə sözümüzü keçirmişik. Amma dünən baxıram, Türkiyəni çıxmaq şərtilə digər ölkələrin səfirliklərinin canı çıxır “soyqırım” deməyə, başımıza gələnlərin səbəbkarının erməni və rus oldugunu etiraf etməyə.
Elə götürək Amerikanı. Ay qırmızı dərili yerli camaatın nəslini qırıb dövlət quranlar, niyə hər şeyi öz adı ilə çagırmırsınız? O Nensinin aglamasına nə qədər pul lazımdı? Verək, bizimçün da aglasın. Yaxud, Böyük Britaniya səfirliyi. İki kəlmə ilə başsaglıgı veriblər. Öz adıma deyirəm ki, başınıza dəysin.
Təqsir bizdədi, ona söz yox. Mediada, QHT-lərdə, ekspetlərdə, siyasətçilərdə, aşagı-yuxarı hər kəsdə.
Müharibəni udmuşuq deyə, bəlkə çoxları toxtayıb. Amma il-ildən Xocalıya dair yeni dəhşətlər ortaya çıxır, indəyə qədər eşitmədiyimiz vəhşiliklərdən danışır şahidlər. Xüsusən, qadınlar. Mən onsuz da müharibə, qadın və uşaq sözünün bir araya gəlməsindən vahiməyə düşən adamam. Qadınların Xocalıda başına gətirilən müsibətlərə dair hekayələrə isə heç dayana bilmirəm. Özü də bu hekayələr get-gedə daha dəhşətli fraqmentləriylə xatırlanır. Fikirləşirsən ki, 31 il keçib, bəlkə insan yavaş-yavaş unudar, hətta bəzi detallar yaddan çıxar. Xeyr. Təcavüz və işgəncə hadisələrini beyin format edə bilmir. Əksinə, illər keçdikcə, zərərçəkənlər baş verənləri daha detallı və dəqiq xatırlamaga başlayır, hətta düşmənin simasını gözünün önündə canlandırır.
Xocalı qadınlarını göz önündən itməyə qoymayın. Onlar canlı tarixdi və biz hələ bundan sonra bu qadınlarla işi daha da gücləndirməli, təcavüz və işgəncə faktlarını dünyanın gözünün içinə soxmalıyıq. O gün QHT Agentliyinin tədbirində qadınlarla baglı yeni hekayələr eşitdim. Bunları söyləmək üçün yıgıncaq gözləməyin. Yoxsa o qadınlar itəcək, gizlənəcək. Onsuz da danışa bilmirlər. Bəzən öz başına gələnləri üçüncü şəxsin adına quraşdırırlar. Olsun, çıxaraq ortaya, təki danışsınlar.
Amma əsla bu söhbətləri medianın materialına çevirəndən sonra bir kənara atmayın. Özünüz də yaxşı bilirsiniz ki, əgər Xocalı üçün nəsə etmək istəyiriksə, dünyanı silkələmək istəyiriksə, sadəcə, həyat hekayələri kifayət deyil. Təbii ki, faktlar, sübutlar hüquqşünasların işidi. Bizsə dünyanın beyin institutları, araşdırma və analiz mərkəzlərinin gözünə girək. Erməniləri çox qıcıq edən yəhudi icmaları ilə əməkdaşlıq edək. Onların “xolokost”u dünyaya qəbul etdirməkdə metodları güclüdü. Bosniya-Hersoqovinada müharibə zamanı qadınların kütləvi təcavüzünün müharibənin sistemli hissəsi oldugunu sübut edən QHT-lərlə əməkdaşlıq edək. Onlardan da öyrənək.
Məsələn, Xocalı soyqırımında təcavüzə və işgəncəyə məruz qalan qadınların Psixoloji Reablitasiya Mərkəzini yaradaq. Beynəlxalq təşkilatları əməkdaşlıga dəvət edək. Ölkəyə ayaq basan əcnəbi ekspertləri, siyasətçiləri, hər kəsi aparaq o Mərkəzə. Dünyanın beyninə işləyək.
Özümüz də vicdanlı olaq. Əslində bu işin ən başında biz dayanırıq. Fevralın 25-dən 26-na qədər, elə indi də sosial şəbəkələr gündəlik işini dayandırmadı. Mal satan, reklam verən, şəkil paylaşan, ad günü, toy edən, əyləncə videoları çəkən, canlı yayımda zarafatlaşanlar, estetik əməliyyatların nəticələrini müzakirə edənlər. Yutubda adını çəkmək istəmədiyim komediya verilişlərindən birinin qısa fraqmentini qoymuşdular ayın 26-da. Yeni yüklənən videoların arasında idi.
İldə bircə hamı sözü bir yerə qoyub bütün bunları dayandıra bilməzdi? Biz gönüqalın adamlarıq, başa düşdüm, bəlkə bunu dövlət qurumları edəydi heç olmasa? Bir günlük əyləncəli, reklama aid nə varsa, hər şeyi baglayın, dünyaya bir mesaj verək, olmazmı?
Bəlkə dı çoxları bilmir ki, ölkəmizdə Hərb Muzeyi və onun da içində Xocalı Muzeyi var. Giriş də pulsuzdu. Kim gedib ora? O gün tədbirdə iştirakçılardan biri dedi ki, orta məktəbdə oxuyan nəvəsinə hələ də Xocalıya dair dərs keçməyiblər, inşa yazdırmayıblar. Mənim rus bölməsində oxuyan ogluma bir həftə əvvəldən Xocalıya dair dərs keçməyə başlayıblar. Azı 4 esse yazıb, müxtəlif fənlərdən. Söz sözə gələndə rus bölməsini bəyənmirsiniz, burada da hələ mənə dodaq büzən tapılacaq. Amma müqayisə etdim, sadəcə.
İndi gedin, kənarda düşünün.
MİA.AZ
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)