24 fevral - rus tarixinin qara səhifəsi
24-02-2023 [23:50]
Əli Cabbarov,
“Naxçıvan” Universitetinin dosenti
Xüsusi olaraq, Mia.az saytı üçün
***
Özünün üç yüz illik imperiya xəstəliyi ilə Misirdən Vyetnama, Koreyadan Kubaya, Əfqanıstandan Köniqsberqə, Alyaskadan Suriyaya qədər hər yerdə qanlı izlər qoymuş rus şovinizminin iti qılıncı ən son geniş Ukrayna bataqlıqlarına sancılıb qalıb. Bu gün, 24 fevral Rusiyanın qardaş xalqı Ukraynaya xain hücumunun bir ili tamam olur.
Hər iki tərəfdən indiyə qədər ən azı 300 min insanın həlak olması və Ukrayna iqtisadiyyatına, onun mülki infrastrukturuna dəyən yüz milyardlarla dollar zərərlə ölcülən bu dəhşətli qardaş qırğını dinc ukraynalıların başına gətririlən facilərlə yanaşı özünün arxazəmini, dünya siyasətinin böyük oyunçularının məkrli məqsədləri və sadə rusların işğal məqsədli müharibəyə bəslədiyi nifrətlə hələ uzun müddət tarix səhifələrində qalacaqdır. Kreml təbliğat maşının, onun Simonyan, Solovyov kimi şoumenlərinin iddialarının əksinə, istənilən halda, indiki qloballaşma və sürətli informasiya mübadiləsi dövründə bu müharibə bir gün sonra dayansa belə, o, rus xalqının tarixi üçün qara ləkədən savayı heç nə olmayacaq.
Rusiyanın Ukraynaya hücumu 2014-cü ildə Kiyevdə baş vermiş inqilabi çevrilişdən qəzəblənən rus liderinin guya Donbas və ona yaxın əarzilərdən yaşayan etnik rusların dırnaqarası xilas olunması ilə izah olunsa da əslində daha geriyə baxanda bu müharibənin gec-tez nə zamansa olacağı bəlli idi. SSRİ dağılanda yıxılan qoca devin Qazaxıstan, Gürcüstan və Azərbaycanda törətdiyi qanlı qırğınlar, yaratdığı və yaratmaq istədiyi separatist rejimlərin hələ də xalqların normal inkişafına zərər vuracağını gözləmək olardı.
Ancaq 2014-cü ilə qədər müttəfiqi kimi az qala strateji vahid ölkə səviyyəsində hər cür əməkdaşlıa malik olmuş bu iki dövlətin, xüsusən, qışda əlbir olub bütün Avropanı təbii qaz şantajı ilə hədələməsi bunun uzun sürməyəcəyini açıqca göstərirdi. Uzun müddət onu narahat etmiş Çeçenistan üsyanını yatıran Rusiyanın belə şıltaqlıqları onun geniş Sibirinə, zəngin Yakutyiasına göz dikmiş Qərbin heç xoşuna gəlmirdi.
Gürcüstanda sınaqdan çıxarlımış narıncı inqilab senarisi ilə tarixi haqq-hesabı olan ukraynalıların Rusiya ilə qarşı-qarşıya gətirən Maydan hərəkatı da belə alovlandı. Avropa ilə çox geniş sərhədi olan Ukrayna özünün sərvətləri, xalqının tolerantlığı, əməksevrəliyi, dürüstülü və formalaşmaqda olan kövrək demokratik dəyərləri ilə artıq çoxdan Rusiyadan ayrılmışdı.
Tarixən, hələ Sovet dövründən qabaq iqtisadi-mədəni əlaqələrdə enerji faktoru bu iki dövləti bir-birinə bağlayan əsas amillərdən olub. İndinin özündə belə, Rusiya Avropanın ondan təbii qaz alan ölkələrinə ixrac etdiyi məhsulun tranzitinə görə Ukraynanın “Naftoqaz” şirkətinə pul ödəyir, Rusiya ilhaq etdiyi Zaporojyedəki Avropanın ən böyük atom elektrik stansiyasının hasil etdiyi enerjinin paylanılması üçün Ukraynanın qrid sistemi ilə əməkaşlıq edir. Necə deyərlər yüzillik bir iqtisadi-mədəni əlaqələri 365 günə qırmaq mümkün deyildir. Ancaq, iki xalq arasında çoxdan qırılmış mənəvi bağların yenidən bərpasının nə zaman mümkün olacağı, yaxud mümkün olması, ümumiyyətlə, sual doğurur. Bu gün Rusiyanın çox geniş ərazi və nəhəng təbii sərvətlərinə baxmayaraq əhalsinin son dərəcə kasıb və cəmiyyətinin müəyyən vərdişlərə aludəçiliyindən cəmiyyətinin və ailə dəyərlərinin qırılğan olması, Moskva, Sankt-Peterburq, Samara, İrkutsk kimi iri hərbi sənaye mərkəzlərində və Soçi kimi oliqarxların istirahət məkanlarında özünü bir balaca tutmuş rusların ümumiyyətlə rus dilindən az istifadə etməsi durumunda bu ölkə liderinin Donbasda yaşayan rusdilli insanların dilini qorumaq bəhanəsi ilə amansızca Ukraynaya hücumu bu şübhələri əsaslı olaraq dərinləşdirir. Qərbin, 50-dən artıq dövlətin Ukraynaya birbaşa dəstəyi ilə müharibənin getdikcə uzatması isə dünyanın nüvə təhlükəsi ilə qarşı-qarşıya qalması ehtimalını da dərinləşdirir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz müsahibələrində, xüsusən, bu yaxınlarda keçirilmiş 59-cu Münhen Təhlükəsizlik Konfransında bu məsələ ilə bağlı verilən suallara cavab olaraq bildirmişdi ki, bu müharibənin nəticəsindən asılı olmayaraq dünya artıq əvvəlki dünya olmayacaq. Yəni Rusiya udsa da, - ki, bu o qədər real görünmür, uduzsa da Ukraynadakı müharibə dünyanı tamamilə dəyişdirəcək. Başqa sözlə, gələcəkdə inkişaf etmiş ölkələr tamamilə yeni enerji və ərzaq siyasəti yürüdəcək, Azərbaycan kimi istənilən konyunkturda özünün etibarlı əməkdaş imicini qoruyub saxlayan partnyorlarını tanıyacaq, separatizmə birdəfəlik son qoyulduğu üçün Ermənistan kimi oyuncaq dövlətlər dünya gündəmindən düşəcək, nəqliyyat-kommunikasiya koridorlarının şaxələndirilməsi dünya güclərini bir araya gətirən əsas səbəblərdən biri olacaq. Sabah Ukraynanın torpaq bütünlüyü şərti ilə hər hansı sülh müqaviləsi bağlanılandan sonra bu ökənin yenidən qurulması istiqamətində dünyanın başlatacağı hərəkat Rusiyadan fərqli olaraq burada köhnə sovet həyat tərzinə aid bütün izlərin yerində müasir Ukrayna quracaq. Məhz bu modernizasiya daha sonra Rusiyanı da içindən parçalayan, onun federal subyektlərinin Çin və Qərb arasında bölgüsünü sürətəndirən bir katalizator olacaq.
Bəli, bütün bunlar, Rusiyanın gec, ya tez öz qonşusuna, qardaşına hücumundan sonra gələcək dünyanı gözləyən dəyişikliklərdir. Ancaq geriyə dönüb xronoloji qaydada ötən ili qısaca xatırlasaq, bu dövrdə Ukrayna xalqının özünəqayıdışı, təkcə Ukraynanın deyil, bütün sivil dünyanın arzusu olan Mriya təyyarəsinin rus bombardmanında məhv olunması, Mariupoldakı doğum evində öldürülən uşaqlar və hamilə qadınlar, həmin şəhərdəki teatr binasında gizlənən yüzlərlə dinc sakinin öldürülməsi yaddan çıxmayacaq. İki aya yaxın müddətdə Kiyevi mühasirədə saxladıqdan sonra geri çəkilən rus qoşunlarının Buça, İrpen və Hostomel şəhərlərində törətdiyi soyqırımı, Kramatorsk şəhəri vağzalında öldürülən yüzlərlə dinc sakinin qisası Ukrayna Ordusunun bir zərbəsi ilə Qara dənizə batırılan və sonradan Ukraynanın mədəni mirası kimi elan olunan “Moskva” kreyseri ilə alındı. Ukraynalı müdafiəçilərin əfsanəvi Bayraktar dronlarına qoşduğu mahnı və kliplər, bu dronları almaq üçün üç gün ərzində ölkəmiqyaslı kampaniyada toplanan 600 milyon qrivniya (təxminən 16 milyon dollar), buna jest olaraq Türkiyə şirkətinin bu dronları ukraynalılara hədiyyə etməsi yaddaşlarda qalan kövrək notlar idi. Türkiyə və BMT-nin zəmanəti ilə Ukrayna taxılının dünya bazarına çıxarılmasını, daha sonra müstəqillik günü ərafəsində - 20 avqustda Kiyevin mərkəzində məhv edilmiş rus texnikalarının paradını da sivil dünya yaxşı xatırlayır. İşğaldan azad olunmuş İzyum şəhərindəki 440 nəfərlik toplu məzarlar, 7 oktyabrda Ukraynanın ilk dəfə olaraq Nobel mükafatı alması, ertəsi gün Krım köprüsünün partladılması, üç gün sonra Ukraynanın enerji infrastrukturuna atılan rus raketləri, 17 oktyabrda isə onlara İran kamikadze dronları ilə hücumlar, 11 noyabrda işğal olunmuş strateji Xerson şəhərinin azad olunması ötən ilin payızında tarixə keçən savaş səhifələri idi. Ötən ilin 29 dekabrında rusların Xəzər dənizindəki gəmilərindən Kiyevi atəşə tutması, buna cavab olaraq ukraynalı müdafiəçilərin sərrast atəşlə Yeni il gecəsi sərxoş rus əsgərlərinin 400-nü bir zərbə ilə məhv etməsi də yaxşı xatırlanır. Bunun qiasını almaq üçün rus iqğal komandanlığının 14 yanvarda Dnepr şəhərini atəşə tutması nəticəsində çoxmərtəbəli yaşayış evində 6-sı uşaq olmaqla 46 nəfərin ölməsi və 4 gün sonra faciə yerində içərisində Ukrayna daxili işlər nazirinin də olduğu helikopterin qəzaya uğraması nəticəsində nazirin və daha 16 nəfərin həlak olmasını da rusların bu dinc ölkədəki müharibə cinayətləri siyahısına daxil etmək lazımdır.
Bəli, Rusiya-Ukrayna müharibəsi davam edir. Ötən həftə, ABŞ Prezidentinin 15 ildən sonra, həm də müharibə gedə-gedə Ukraynaya səfər etməsi və buradan verilən məsajlar bu dəhşətli müharibənin hələ çox uzanacağını həm Rusiyaya, həm də bütün dünyaya sanki yenidən elan etdi. Belə görünür ki, bu qara günlərdə son söz yenə də sadə rus xalqının olacaq.
Statisik məlumatlar buradann götürülüb: https://life.pravda.com.ua/society/2023/02/23/253014/
MİA.AZ
"Samsunspor" hesabı qoruya bilməyib - 2 qol, 2 qırmızı kart...
Türkiyədə həbsxana maşını qəza törədib - 23 yaralı var
Hindistanda GPS saxtakarlığı... - Bəzi uçuşlar təxirə salıındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Yekaterinburqda azərbaycanlı iş adamı saxlanılıb
Ukraynanın vurduğu Rusiya gəmiisi İstanbula çəkildi - FOTO
Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı - Prokurorla baş nazir iclasda mübahisə edib
Ruben Vardanyanın məhkəməsi: zərərçəkənlərin ifadələr dinlənilib
Bu gün Türkiyədə derbidir: "Fənərbağça, yoxsa "Qalatasaray"? - "Qara bazar"da biletin qiyməti 4 min manatı ötüb
Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb - İki qurum açıqlama yaydı
Heydər Əliyev Fondu "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə"nin tərəfdaşı olub
Bakıda Yeni İl yarmarkasına da xüsusi hazırlıq görülür
AXCP ləğv olunacaq? - Milli Məclisin komitə sədri bunu mümkün sayır
“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - İcra Hakimiyyətindən şikayətə reaksiya (YENİLƏNİB)
"Ramiz Mehdiyev faktoru..." - Siyavuş Novruzovdan açıqlamalar
Ən çox qol vuran futbolçular... - Peşəkar Futbol Liqası siyahı yaydı
Əli Əsədov yeni qərar imzalayıb
ƏƏSM pensiya təyinatına dəyişikliyə izah verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində..." - Əli İnsanovdan açıqlamalar
Ramiz Mehdiyevin Şabrandakı villası - Sabiq deputat "makler" adıyla girdi və... (VİDEO)
Daha 33 maşın hərraca çıxarılıb
Cenk Tosundan boşanma xəbərinə reaksiya: "Yalandır..." - FOTO
Prezident İlham Əliyev Fərman imzalayıb
NAZİR MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyevin oğlu haqda sərəncam imzalandı
"Azercell Telecom"dan qış kampaniyası!
Özəl bağçalara elektron portal üzərindən qeydiyyat başlayıb
Laçın – enerji və mədəniyyətin birləşdiyi geosiyasi məkan
Bakıda beynəlxalq konfrans keçiriləcək - Bu tarixdə
AXCP sədri Əli Kərimli və Məmməd İbrahimə ittiham elan olunub - Məhkəmə həbs qərarı verdi (YENİLƏNİB)
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir
"O paltarı daha geyinmərəm" - Günay İbrahimli
Türkiyədə İŞİD-ə qarşı daha bir əməliyyat: 3 suriyalı qandallandı
AFFA rəsmiləri beynəlxalq konfransa qatılıblar
Naxçıvanda daha bir nazir vəzifədən azad edildi - Nazir postu kimə həvalə olundu? (YENİLƏNİB)
Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edib, rəislərə taşırıq verib - Polis olmaq istəyən 382 nəfər isə... (VİDEO)
İsrail ordusu Tubas və Aqaba şəhərlərin yeni əməliyyata başlayıb
"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
AAYDA-ya 2 milyon manatı ayrıldı - Sərəncam
Mərkəzi Bankda kadr dəyişikliyi olub
Rəqsanə konsertə hazırlaşır - Vəkil ev dustaqlığında olan müğənninin necə konsert vercəyini izah edir
Xəzər dənizidə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb