ABŞ ən böyük hərbi gəmisini Türkiyəyə yardıma göndərdi: "Müttəfiqimizin yanındayıq" - Pentaqondan Ankaraya mesaj

img

09-02-2023 [10:40]


Pentaqon üzərinə hərbi təyyarələrin enib-qalxması mümkün olan ən böyük hərbi gəmisini - "USS George HW Bush" Türkiyəyə yardıma göndərir.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu gün  rəsmi məlumat açıqlayıb.

Bildirilib ki, tıbbi yardımdan içməli suya qədər hər cür qida maddələrinin olduğu gəmi artıq yola çıxıb və qəsa müddətdə zəlzələ bölgəsində olan limana yan alacaq.

Pentagonun  məlmatında qeyd olunub ki, amerikalı xilasedicilərin zəlzələ bölgəsinə daha tez yetişməsi üçün C-17 təyyarəsi ayrılıb: "Bundan başqa, ABŞ Avropa Qüvvələri üzrə komandanlığı dəstək üçün əlavəq rup göndərib. Bu qrup da fevralın 9-dan etibarən  zəlzələ bölgəsində əməliyyata başlayacaq. Biz Türkiyə hökumətin tələbi üzrə əlavə arzulanan bütün yardım və dəstəklərə hazır olduğumuzu təkrarlayırıq. Bir daha Türkiyəyə başsağlığı verir, müttəfiqimizin yanında olduğumzu bəyan edirik".

Xatırladaq ki, zəlzələnin ilk günü ABŞ hər biri 79 nəfərdən ibarət iki xilasedici qrupunu təcili bölgəyə yönləndirib. Onlar hazırda bölgədə xilasetmə əməliyyatarında iştirak edirlər.

Ləman,

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR