"Yeni Malatyaspor" liqanı tərk edir: "Belə vəziyyətdə futbol oynaya bilmərik"

img

08-02-2023 [23:45]


Türkiyə 1-ci liqasında çıxış edən "Yeni Malatyaspor" futbol klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz olaraq liqadan çəkildiyini elan edib.

Mia.az xəbər verir ki, buna səbəb TFF-nin 10, 11, 12 ve 13 fevrala nəzərdə tutulan oyunları 17, 18, 19 ve 20 fevral tarixlərinə ertələməsi ollub. 

Zəlzələdən ən çox zərərçəkən və bir futbolçusu da dağıntılar altında qalaraq ölən "Yeni Malatyaspor" komandasının prezidenti Ahmet Yaman bildirib ki, zəlzələ bölgəsinə futbol oynamaları mümkün deyil: "Çox tezliklə idarə heyətini toplayıb, liqdən çəkilmə qərarını verəcəyiki. İndi futbol oynamağın zamanı deyil,  minlərlə insanımız dağıntı altındadır, ailələr yas tutur, yüzlərlə insan xəbər gözləyr, çoxunun cənazəsi var. Biz də belə vəziyyətdə futbol oynayacağıq? Bu, mümkün deyil. Hazırda konkret qərarımız yoxdur, amma futbol oynamayacağımız dəqqidir. Dediyim kimi, idarə heyəti üzvlərini toplayıb, liqdən çəkilmə qərarını verəcəyik".

Xatırladaq ki, komandanın baş məşqçisi Azərbaycanda da yaxından tanınan Yılmaz Vuraldır.

Fərid,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR