Zəlzələdən 55 saat sonra 13 yaşlı qız çökən binanın altından salamat çıxarıldı - "Popuqayı"nı da əlində tutubmuş (FOTOLAR)

img

08-02-2023 [14:14]


Kahramanmaraşda zəlzələdən 55 saat sonra əlində saxladığı Popuqayı ilə birgə 13 yaşlı uşaq dağıntılar altından xilas edilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Esençan" adlı binanın qalıqları altından səs gəldiyini duyan xilasedicilər dərhal axtarışa başlayıb.

Təxminən 3 sat sonra onlar 13 yaşlı Beratını əlində tutub saxladığı quş ilə birgə xilas ediblər.

Həkimlər hipotermiya təhlükəsinə qarşı xüsusi örtüklərə bürüdüyü uşaq təcili yardıma apararkən bibisini görüb və əlindəki quşunu ona verib.

Xalası Döndü əvvəlcə qardaşı qızından salamat olmasına  görə Alllahadua edib, daha sonra o, quşa çörək və su verib.

Zülfiyyə,

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR