Professor "zəlzələni ABŞ-ın hərbi gəmisi törədib" iddiasına belə cavab verdi: "Güldürməyin..."

img

07-02-2023 [23:56]


Türkiyənin 10 vilayətində baş verən dəhşətli zəlzələ ilə bağlı ortaya yeni-yeni iddialar çıxarır.

Mia.az xəbər verir ki, sosial şəbəkələrdə, həmçinin bəzi telekanallarda zəlzələnin güclü dövlətlər tərəfindən qəsdən törədilməsi barədə qeyri-müəyyən fikirlər səsləndirilir, bu barədə müzakirələr aparılır. Bu isə istər-istəməz toplumda böyük həyəcan yaradır.

Mia.az-ın məlumatına görə, ortaya atılan iddialardan biri də Türkiyədəki zəlzələdən bir neçə gün əvvəl ABŞ-a məxsus və yüksək silah və texnika ilə təchiz olunmuş 155 metrlik hərbi gəminin İstanbulda Dolmabaxça istiqamətində lövbər salmasdır. Türk fantik qrupları iddia edir ki, bəs, guya bu gəmi ilə zəlzələ arasında bağlantı var. Yəni, bu gəmi guya zəlzələnin baş verməsini tətikləyib. 

Lakin Türkiyənin məşhur almi, professor Celal Şengör bu cür iddiaları nəinki yalanlayıb, hətta gülünc sayıb.

O, "HaberTürk" telekanlında Fatih Altaylının aparcısı olduğu "təkbətək" proqramında bu barədə suala belə cavab verib: "Mən, bundan gözəl axmaqlığı indiyə kimi duymadım. Siz bilirsinizmi bu iddia nə qədər gülüncdür?! O enerjini necə istehsal edəcəksən, axı?! Həm də gəmi ilə. Güldürməsinlər. Bu cür zəlzələ effektini yaratmaq üçün yüz minlərlə atom bombası lazımdır".

SAMİR MUSAYEV,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR