"Qalatasaray"ın keçmiş oyunçusu: "Nolar, yalvarıram sizə, Hatayı taleyin ümidinə buraxmayın..."

img

07-02-2023 [18:53]


Türkiyə milli komandası ilə "Qalatasaray" keçmiş oyunçusu əslən hataylı Gökhan Zan bu gün növbəti dəfə dövlət qurumlarına və xalqa çağırış edib.

Mia.az xəbər verir ki, o, bu dəfə də yardım tələb edib.

keçmiş furtbolçu dağıntıların qarşısından video-paylaşım edərək, biganəliyə var gücüylə bağırmaqla üsyan edib: "Hatay taleyinə  buraxılıb, yardımm gözləyirik, Allahını sevən buraya gəlsin, Yalvarıram sizə".

Zan qeyd edib ki, Maşuklu, Armutlu, Güzelburç, Samandağı və bütövlükdə Hatayda vəziyyət çox acınacaqlıdır: "Xalq burada öz gücü ilə nələrsə etməyə çalışır. Kimsə yoxdur. Nə olar, səsimizi eşidin..."

Xatırladaq ki, Gökhan Zan dünən  ağlaya-ağlaya dövlətdən təcili kömək istəyib.

Fərid,

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR