Volkan Dəmirəl canlı yayımda ağladı

img

07-02-2023 [14:47]


Türkiyə super liqasında çıxış edən "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl zəlzələnin baş verdiyi Hataydan ağlaya-ağlaya video və mesajlar paylaşır.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, paylaşımlarında bölgəyə yardım istəyir: "Lütfən, yardımınızı əsirgəməyin. Bir yaşlı uşaqlar üçün pampersdən tutmuş, əmziyə qədər lazımdır".

Təcürbəli məşqçi xalqa müraciətində deyib ki, hazırda dağılan şəhərə gündəlik təlabat üçün hər şey lazımdır: "Bütün imkanlarınızı səfərbər edərək, ura yardım göndərməyinizi xahiş edirəm. Allah rzası üçün, yardım edin...".

Qeyd edək ki, "Hatayspor"un əcnəbui futbolçusu Atsu 30 saatdan sonra dağıntı altından bu gün yaralı çıxarılıb. Klubun idman direktoru Taner Savut isə hələ də dağıntı altındadır...

Fərid,

Fərid,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR