DÜNYA AYAQDA: hansı ölkələr Türkiyəyə yardım edir? - SİYAHI (Açıqlamalar)

img

07-02-2023 [09:58]


Türkiyədə baş verən güclü zəlzələ dünya ölkələrini səfərbər edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq 65 ölkə Türkiyəyə xilasetmə qrupu ilə yanaşı, lazımı gündəlik təlabat məhsulları, o cümlədən tibbi dəstək göndərməyə başlayıblar.

Xatırladaq ki, zəlzələ 10 şəhəri alt-üst edib, 5 mindən çox bina dağılıb, altında yüzlərlə insan qalıb.

İndiyə qədər isə açıqlanan rəsmi rəqəmə görə, 3 minə yaxın insan ölüb, 16 min nəfərə yaxın isə yaralı var.

Qeyd edək ki, qardaş Türkiyəyə ilk yardım əlini Azərbaycan uzadıb. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmiz qardaş dövlətə dərhal 420 nəfərlik xilasetmə qrupu göndərib. Bu tcili addımlar yanaşı, iki təyyarə dolusu tibbii dəstək, o cümlədən səhrə xəstaxanasının qurulması üçün gərəkli avadanlıqlar yola salınıb.

Bəs, başqa hansı ölkələr yardım göndərib və ya göndərməkdədir?

Mia.az Türkiyəyə yardım edən həmin ölkələrdən bəzilərinin açıqlamalarını təqdim edir:

Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib: "Bu səhər düşüncələrim Türkiyə və Suriya xalqı ilə, xüsusən də dağıntılar altında qalanları xilas etmək üçün cəsarətlə çalışan xilsaedicilərimizin ilk müdaxiləsinə köklənib. Böyük Britaniya əlindən gələn hər cür yardımı edir və buna hazırdır

İngiltərə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu göndərilib.

İsveçrə axtarış-xilasetmə işlərini həyata keçirmək üçün zəlzələ bölgəsinə 80 nəfərlik bir qrup göndərməyə qərar verib.

Avstriyadan 80 nəfərlik xilasetmə qrupu səfərbr olunb, onların artıq 25 nəfəri Türkiyəyə yetişib.

Fransanın xarici işlər naziri Ketrin Kolonna "Twitter"də "Türkiyədə baş verən və çoxlu insan tələfatına səbəb olan dəhşətli zəlzələdən sonra həmkarı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verdiyini açıqlayıb: "Fransa türk xalqının yanındadır. Fransa bu gün (dünən) axşam saatlarında Türkiyəyə 139 axtarış-xilasetmə işçisi göndərəcək".

"Bu çətin gündə Türkiyənin yanındayıq" deyən Macarıstan zəlzələ bölgəsinə 50 nəfərlik bir qrup göndəriləcəyi ilə bağlı məlumatı paylaşıb.

Çexiya Türkiyəyə 68 nəfərlik axtarış-xilasetmə qrupu göndərib. Qeyd olunub ki, Yunanıstandan Fövqəladə Hallara Xüsusi Hücum Dəstəsinin (EMAK) 21 yanğınsöndürən və iki axtarış-xilasetmə iti axtarış-xilasetmə işlərində istifadə olunacaq xüsusi maşınlarla bir neçə saat sonra yola düşəcək.

Bolqarıstan Yanğından Mühafizə və Mülki Müdafiə bölmələrindən ibarət 58 nəfərlik mütəxəssis xilasetmə qrupunun Türkiyəyə hərəkət edəcəyi, komandanın xilasetmə işləri üçün təchiz olunmuş 20 maşınla gedəcəyi açıqlanıb. Həmçinin yataq dəsti, yastıq, yorğan, çarşaf, dəsmal və digər əşyalardan ibarət 1000 ədəd yataq dəstinin göndərilməyə hazır olduğu bildirilir. Bolqarıstan bu yardıma əlavə olaraq 1000 ədyal və 1000 yataq dəsti göndərəcəyini və fövqəladə vəziyyətdən 300 mətbəx dəsti, 300 ailə tipi çadır, 300 qızdırıcı, 1000 döşək və 3000 ədyaldan ibarət yardım əlavəsinin hazırlanacağını bildirib. Türk Qızıl Ayparası ilə Bolqarıstanda yaradılan yardım anbarı.

Albaniya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Albaniya Müdafiə Nazirliyi və Milli Mülki Qurumlardan aralarında sağlamlıq və axtarış-xilasetmə personalı da daxil olmaqla 7 maşın və 53 nəfərdən ibarət bir qrupun Türkiyəyə göndərildiyi bildirilib. 

Hollandiya Eyndhovendən Türkiyəyə 15 tonluq ağır xilasetmə maşınları və digər ləvazimatları daşıyan yük təyyarəsinin yola düşəcəyini, 65 nəfərin və 8 xilasedici itin başqa bir təyyarə ilə zəlzələ bölgəsinə göndəriləcəyini açıqlayıb.

İspaniya iki hərbi təyyarə ilə 90-dan çox xilasetmə və tibb qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb. İspaniyadakı “Sərhədsiz Yanğınsöndürənlər” təşkilatı kimi bəzi mülki yardım qrupları 10-15 nəfərlik qruplarla Türkiyəyə yardım üçün gedəcəklərini açıqlayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius da Twitter səhifəsində Almaniya ordusunun bu humanitar fəlakətdən zərər çəkənlərə sürətli dəstək verməyə hazır olduğunu bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Twitter hesabında "Türkiyə və Suriyadan dəhşətli xəbərlərə oyandıq. Düşüncələrim bu dəhşətli zəlzələlərdə həyatını itirənlərin ailələri, dostları və qonşuları üçün narahat olan hər kəsin yanındadır. Türkiyəyə hər cür yardımı edcəyik”

Almaniya Daxili İşlər Naziri Nancy Faeser, isə deyib ki, ölkəsi Türkiyəyə sığınacaqlar və su təmizləyici qurğular, generatorları, çadırlar və ədyallardan ibarət yardım hazırlayır.

Polşadan Türkiyəyə 76 yanğınsöndürən və 8 xilasedici it göndəriləcək. 

Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb.

NATO-nun baş katibi Yens Stoltenberq episentri Türkiyə olan 7,7 bal gücündə zəlzələ ilə bağlı mesaj verib: "Türkiyə ilə tam həmrəyik. Prezident Ərdoğan və Xarici İşlər Naziri Çavuşoğlu ilə əlaqə saxlayıram. Hazırda NATO müttəfiqləri dəstək üçün səfərbərdir".

ABŞ prezidenti Co Bayden öz komandasına vəziyyəti yaxından izləməyə davam etməyi və 10 vilayətdə baş verən zəlzələlər üçün Türkiyə ilə koordinasiyalı şəkildə lazım olan bütün yardımı göstərməyi tapşırıb. Bayden Twitter hesabında Türkiyə və Suriyada baş verən zəlzələlərdən kədərləndiyini bildirib: "Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə çox kədərlənirəm. Komandama vəziyyəti yaxından izləməyə davam etməyi və Türkiyə ilə koordinasiyalı şəkildə lazım olan hər cür dəstəyi verməyi tapşırdım".

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi Türkiyədə baş verən zəlzələlərdən sonra hər biri 79 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupunun Türkiyəyə göndərildiyini açıqlayıb.

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Türkiyədəki zəlzələ fəlakətində iştirak etmək üçün Girne limanından 8 maşın və 20 personalın gəmi ilə Taşucuya daşınacağını və fəlakət bölgəsinə təhvil veriləcəyini açıqlayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olan Qətər əmiri Təmim bin Həməd əs-Sani başsağlığı verib. Qətər Qızıl Aypara Cəmiyyəti yazılı açıqlamada Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə təcili yardım kampaniyası başlatdığını açıqlayıb.

Rusiya Türkiyənin cənubunda baş verən 7,7 bal gücündə zəlzələ ilə əlaqədar Ankara ilə həmrəy olduğunu bildirib və ölkənin bu fəlakəti ən az zərərlə aradan qaldıracağına ümid etdiyini bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyi "Zəlzələ səbəbiylə 100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsi Türkiyəyə göndərilməyə hazırıq" bəyanatı yayıb.

Yaponiya Xarici İşlər Nazirliyi Yaponiya Beynəlxalq Fövqəladə Xilasetmə Qrupunun 3 üzvü və Yaponiyadan göndərilməsi nəzərdə tutulan 15 nəfərlik xilasetmə qrupundan ibarət aparıcı qrup 6 fevral 2023-cü il tarixində saat 22-də Haneda hava limanından yola düşdüyünü elan edib. 

İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, İsrail təhlükəsizlik qüvvələri lazım olan bütün yardımı göstərməyə hazırdır.

İsrailin xarici işlər naziri Eli Koen təcili yardım paketinin hazırlandığını bildirib.

Çin Dövlət Başçısı Si Cinpin Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdə həyatını itirənlər üçün prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Mesajında ​​Xi Çin hökuməti və xalqı adından həyatını itirənlər üçün kədərləndiyini bildirib, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Sarsıldığını ifadə edən Şi, “İnanıram ki, prezident Ərdoğanın rəhbərliyi ilə hökumətiniz və xalqınız fəlakətin nəticələrini ən qısa zamanda aradan qaldıracaq və siz ölkənizi yenidən quracaqsınız”, - deyib və yardım mesajı verib.

Avropa Şurasının sədri Çarlz Mişel Twitter hesabından verdiyi açıqlamada episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və ümumilikdə 10 vilayətdə baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı “Xəbərdən çox kədərləndim. Bu səhər Türkiyə və Suriyanın bəzi bölgələrində baş verən dağıdıcı zəlzələdə həyatını itirən ailələrə başsağlığı verir, yaralılara isə tezliklə şəfa diləyirəm. AB sizinlə tam həmrəydir".

Avropa BirliyiKomissiyasının böhran idarəçiliyi və humanitar yardımdan məsul üzvü Janez Lenarcic də Türkiyənin iştirakçılar arasında yer aldığı AB Mülki Müdafiə Mexanizminin işə salındığını açıqlayıb. AB Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzinin bütün Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya etdiyini qeyd edən Lenarçiç Hollandiya və Rumıniyadan olan axtarış-xilasetmə qruplarının yola düşdüyünü açıqlayıb. Lenarçiç bildirib ki, ilk növbədə 10 Avropa İttifaqı ölkəsi Türkiyəyə axtarış-xilasetmə qrupları göndərəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski episentri Kahramanmaraşın Pazarcık rayonu olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələdə həyatını itirənlər üçün başsağlığı verib.

Zelenski sosial media hesabında paylaşdığı paylaşımda Türkiyəyə başsağlığı verib. Zelenski türk dilində yazdığı mesajda "Prezident Rəcəb Tayyib Ərdoğana, türk xalqına və Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirəm. Bu çətin zamanda türk xalqı tərəfindən. Biz fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, - deyə bildirib.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib: "Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ fəlakəti bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk və bütün zərərçəkənlərlə birlikdəyik. Yunanıstan öz resurslarını və iradəsini səfərbər edir, köməyimizi əsirgəməyəcəyik".

İtaliya Baş nazir Giorgia Meloni Türkiyə və Suriya sərhəddindəki dağıdıcı zəlzələ ilə bağlı hadisələri və Mülki Müdafiə tərəfindən yenilənən məlumatları yaxından izlədiyini deyib.  Meloni zərərçəkən insanlara həmrəyliyini ifadə etməklə lazımı yardımı edəcəklərni qeyd edib.

İtaliya Baş nazirinin müavini və Xarici İşlər Naziri Antonio Tajani Twitter hesabından paylaşım edib: "Çox sayda insan tələfatına səbəb olan şiddətli zəlzələdə zərər çəkən türk xalqının yanındayam....

İtaliya yanğınsöndürmə briqadasının kəşfiyyat qrupu dağıntılar altında qalanları xilas etmək üçün yola düşüb".


Malta da Türkiyəyə xilasedici qrup göndəriləcəyini açıqlayıb.

İsveç xarici işlər naziri Tobias Billström də Twitter hesabında dəstək paylaşımı edib: "Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan zəlzələdən dərin kədərləndim. Hər cür yardıma hazırıq və Avropa Birliyi çərçivəsində bu yardımı koordinasıyalı formada həyata keçirəcəyik"

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Türkiyəyə başsağlığı verərək, ölkəsinin yardım edəcəyii deyib.

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Misirin Türkiyə və Suriyada baş verən zəlzələdə həyatını itirənlərə başsağlığı verdiyi bildirilib.

Türkiyə və Suriya xalqlarına dərin hüznlə başsağlığı və yaralıların tezliklə şəfa tapması dilənən bəyanatda Misirin “bu fəlakətlə mübarizədə kömək etməyə hazır olduğu” bildirilib.

Polşanın daxili işlər naziri Mariuş Kaminski Twitter hesabında "Türkiyəyə etdiyimiz yardımın qəbulu üçün rəsmi icazə aldıq. Yanğınsöndürənlər bu gün Türkiyəyə gedəcək"- məlumatını paylaşıb: "Polşadan Türkiyəyə 76 yanğınsöndürən və 8 xilasedici it göndəriləcək".

Lamiyə Əhmədli,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR