Türkiyədə zəlzələ: futbolçular dağıntılar altında qalıb

img

06-02-2023 [15:27]


Türkiyə superliqsında çıxış edən “Hatayspor” klubunun idman direktoru, iki məşqçisi və beş futbolçusu zəlzələdən sonra dağıntılar altında qalıb.

Mia.az Türkiyənin Haberler.com saytına istinadla xəbər verir ki, idman direktoru Taner Savutla komandanın qanalı oyunçusu Kristian Atsunun sağ qalıb-qalmadğı bəlli deyil: "Hazırda onların xialsı üçün əməliyyat gedir. Ancaq məşqçisi Gökhan Kağıtçı və digər yardımçı məşqçi, həmçinin futbolçular Burak Öksüzlə Bertug Yıldırım çökən binanın altından yaralı çıxarılıb. Digər oyunçu Kerem Alıcı isə öz gücü ilə dağıntılar arasında çıxıb...".

Onu da qeyd edək ki, zəlzələdə "Malatyaspor"un oyunçularından da dağıntılar arasında qalanlar var.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA