Dünya Türkiyəyə görə ayağa qalxıb

img

06-02-2023 [11:47]


Türkiyədə 284 nəfərin zəlzələdə ölməsi, 2 minə yaxın insanın isə hələ də dağıntılar altında qalması fakt dünyanı ayağa qaldırıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, qnşu ölkələr Gürcüstandan ta Avropa ölkələrinə qədər ölkələrin əksəriyyəti qardaş ölkəyə başsağlığı verir, yardımlar təklif edir.

Artıq Avropa İttifqaı və NATO kimi mötəbər qurumlardan da Türkiyəyə dəstək  mesajları verilib.

NATO baş katibi isə bütün qurum üzvlərinin Türkiyəyə kömək üçün səfərbərr olunduğunu bəyan edib.

Bir daha qeyd edək ki, qardaş ölkədəki bu təbii fəlakətə daha operativ reaksiya verən ilk ölkə Azərbaycan olub. Ölkə prezidenti İlham Əliyev Ərdoğana başsağlığı verməklə yanaşı, dərhal qardaş ölkəyə yardım üçün 379 xilasetmə qrupunun göndərilməsini tapşırıb.

Samir MUSAYEV,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR