10 il əvvəl "metallom" kimi 10 minə satılan "Leopard" tankını indi 500 min avroya geri ala bilmirlər - Müdafiə naziri təsdiqlədi, şirkət isə özünə haqq qazandırdı
03-02-2023 [23:56]
Belçika hökuməti Ukraynaya göndərmək üçün 10 il əvvəl istismar müddətinin bitməsinə görə "metallom" kimi bir şirkətə satdığı Alman istehsallı "Leopard 1" tanklarını indi həmin şirkətdən geri almağa çalışır. Lakin şirkətin o vaxt birini 10 min avroya aldığı tanklar üçün indi 500 min avro tələb etməsi ölkədə mübahisə yaradıb.
Mia.az xəbər verir ki, elçikanın müdafiə naziri Ludivine Dedonder "Bel-RTL" radiosuna açıqlamasında bu barədə yayılan xəbəri təsdiqləyib.
Bildirib ki, həmin şirkət bir neçə il əvvəl tankların hər birini təxminən 10-15 min avroya alıb və indi onları hədsiz baha satmmaqla böyük gəlir əldə etmək istəyir: "Onları geri almağımıza heç bir maneə yoxdur, lakin indi onları bizə geri həm baha satmaq istəyirlər, həm də indi həmin texnikalar işlək vəziyyətdə deyillər. Onları təmir etməyə zaman və xərc lazımdır. Bu üzdən biz onlara ağlabatan qiymətlər verə bilmirik. Şirkətlər də həddindən artıq yüksək qiymət deyirlər".
Ukraynaya hərtərəfli hərbi yardım edəcəklərini bildirən Dedonder tanklaırn geri baha qiymətə təklif olunduğu üçün Kiyevə yardım paketində böyük ehtimalla tank olmayacağını deyib.
Hər tanka 500 min avro tələb etməkdə ittiham olunan "OIP Land Systems" şirkətinin baş direktoru Freddi Versluys isə deyilənlərlə razılaşmayıb: “Düzdür, hazırda hökumətlə müəyyən danışıqlar aparırıq”.
Təfərrüatlar barədə məlumat verməyən şirkət rəhbəri bildirib ki, hazırda tankları saxladığı anqarların qiyməti ildə 2,5 milyon avro təşkil edir: "Üstəlik bu tanlaır yeniləmək üçün böyük sərmayə lazımdır, ona görə böyük qiymət ortaya çıxır".
Hazırda şirkətinin anbarlarında bəziləri ağır tanklarla olmaqla 400-ə yaxın zirehli texnika olduğunu deyən Versluys bildirib ki, bunların arasında illər əvvəl Belçika və Avstriya silahlı qüvvələrindən istismar müddəti bitmiş heab olunaraq "metallom" kimi satılmış "Leopard 1", "Gepard" və "SK-105" tipli tanklar və döyüş maşınları böyük yer tutur. Amerika istehsalı olan 150 M113 zirehli transportyorları da anqarlarda saxlanılır: "Bunların yarıdan çoxu yenidən bərpa olunaraq, Ukraynada döyüşlərdə istifadə edilə bilər. Hazırda bunun üçün ixrac icazələrini gözləyirəm. Düzünü desəm, bu texnikaları qısa müddətə işlək vəziyyətə gətirməyə gücüm və imkanlarım məhduddur. Ona görə də beynəlxalq şirkətlər və ya dövlətlərlə əməkdaşlıq imkanlarını araşdırıram".
Şirkət rəhbəri etiraf edib ki, vaxtı ilə Ukraynaya zirehli texnika göndərib: "Ötən il İngiltərə hökumətinin köməyi ilə Amerika istehsalı olan 48 M113 zirehli transportyorunu Ukraynaya göndərə bildik. İngiltərə 2 ay müddətinə bura 12 nəfər göndərdi. Bu iki ayda 48 zirehli texnikanı radio və antena kimi materiallarla tamamilə yeniləyərək hazırladıq. Hazırda Ukraynadakı müharibədə istifadə olunur".
Samir MUSAYEV,
MİAAZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb