Jurnalistlər Birliyinin sədri 20 yaşlı qızı zorlamada ittiham olunur - Polis axtarışa verib 

img

03-02-2023 [20:19]


Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Akdeniz Jurnalistlər Birliyinin sədri S.E.K. 20 yaşlı M.K adlı qızı zorlamada ittiham olunur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəldən tanıdığı 20 yaşlı qızı axşam saatlarında ofisinə dəvət edən birlik başqanı burada qızla spirtli içki qəbul edib, daha sonra onu zorlamağa çalışıb.

Müqavimət göstərən qızın səsinə ofisin qapısı döyülüb və bundan istifadə edən qız yaxınlıqdakı kafeyə qaçaraq kömək istəyib.

Hadisə yerinə gələn polisə ifadə verən qız izahatında bildirib ki, spirtli içki içdikdən sonra rəqs ediblər. Bu zaman başqan onu öpüb və daha sonra zorla divana yıxıb. Qışqırmasına və müqavimətinə baxmayaraq, burada onun alt paltarını çıxarıb zorlamaq istəyərkən qapı bərk döyülüb. Və o, bundan istifadə edərık, küçəyə qaçaraq, burada qarşısına çıxan bir qadından kömək istəyib (Bunun küçədə quraşdırlmış kamera görüntüsü də yayılıb-Mia.az). 

Dartışma zammanı zərbələr də aldığını iddia edən 20 yaşlı qızı şikayətçi olduğunu deyərək, qəzetçinin cəzalandırılmasını tələb edib.

Lakin polisdə ifadəsi alınan jurnalist iddiaları qəbul etməyib. O, izahat verdikdən sonra sərbəst buraxılıb.

Ancaq bu dəfə prokurorluq qərara etiraz etdiyindən barəsində həbs qərarı çıxarılıb. Bu dəfə isə jurnalist qaçaraq gizlənib.

Hazırda onun axtarışı davam edir. 

Zülfiyyə.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı