DİN başçısının "Çək, çirkli əllərini Türkiyədən" dediyi an ABŞ səfiri savaş gəmisində göründü -  ABŞ-ın nəhəng hərbi gəmisi İstanbulda niyə lövbər salıb?

img

03-02-2023 [18:27]


Daxili işlər naziri Süleyman Soylu ABŞ başda olmaqla 9 Qərb ölkəsinin İstanbuldakı konsulluqların bağlanması ilə bağlı ABŞ səfirini hədəfə alaraq “Çəkin çirkli əllərinizi Türkiyədən” deyib. 

Mia.az xəbər verir ki, Süleyman Soylu təhlükəsizlik təhdidləri əsas gətirərək konsulluqların bir-bir bağlanmasını ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyki ilə əlaqləndirib: "Türkiyənin belə bir bədbəxtliyi var, Türkiyəyə gələn hər Amerika səfiri "Türkiyədə necə çevriliş edə bilərəm? Türkiyəyə necə zərər verə bilərəm? Bununla atalarıma necə yarlna verə bilərəm? Bu, Türkiyənin illərdir dəyişməz bədbəxtliklərindən biridir və həmişə belə olub. O, digər səfirlərini də yığır,  onlara fısıldayır, fısıldayır və nəhayət, istədiyi yola gətirir. Avropada eynisini edir, eyni cür orada da onları idarə edirlər. Avropalılar bu açıqlamama üzülməz. Onlar gerçəyi bilir deyə narahat deyillər.  Onları ıəsas narahat edənsə bir adamın, yəni Ərdoğanın meydana çıxıb oyunlarını pozması oldu. Fikirləşdilər ki, Türkiyəni istədikləri kimi dizayn edəcəklər, bunlar da sonra oturub seyr edəcək.

Mən buradan Amerika səfirinə səslənirəm: bilirəm hansı jurnalistlərə nə yazdırırsınız, Türkiyədən çirkli əllərinizi çəkin, baxın, təkrar sizə çox açıq deyirəm, çirkli əllərinizi Türkiyədən çəkin. Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı və Türkiyəni necə qarışdırmaq istədiyinizi dəqiq bilirəm. Çəkin, çirkli əllərinizi, o maskalı, irişən üzlərinizi Türkiyədən. Bu qədər aydındır”.

Məsələnin digər maraqlı tərəfi budur ki, Soylunun bu açıqlamaları verdiyi anda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Nitze adlı döyüş gəmisi İstanbul Sarayburnudan İstanbul Boğazına girib. Savaş gəmisi Üsküdar ətrafından dövr edərək Dolmabaxça sarayına yaxın açıq sularda lövbər salıb. Gəmi boğaza girərkən Türkiyə Sahil Mühafizə qrupları onu müşayiət edib. Gəmidə nəhəng ABŞ bayrağı ilə yanaşı, kiçik bir türk bayrağı da qaldırılıb. 155 metrlik göyərtədə silahlı əsgərlər görünüb.

Nazir Soylunun “Çəkin bu çirkin əllərinizi bizdən” dediyi ABŞ səfiri həmin an Boğazda lövbər salan hərbi gəmiyə minib. O və ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh gəminin komandiri, polkovnik-leytenant Keti Ceykobson və gəmidəki zabitlər tərəfindən qarşılanıb. 

ABŞ Hərbi Dəniz Qüvvələrindən olan mayor Con Tompson mətbuat mənsubları ilə birlikdə gəzərək gəminin idarəetmə otağı, təcili yardım otağı, raket və sursat sistemlərinin yerləşdiyi bölmə, gəminin radar nöqtələri haqqında məlumat verib. Gəminin iki-üç gün Mərmərə bölgəsində qalaraq NATO ittifaqını gücləndirmək çərçivəsində Türkiyəyə müntəzəm səfər etmək məqsədi ilə İtaliyadan yola düşdüyü bildirilib. 

ABŞ səfiri Ceferi Fleyk və gəmi komandir göyərtədə qısa brifinq keçirib, sulları cavablandırıbalr.

F.ƏHMƏD,

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR