Bahçelinin evində bir saatdan çox sürən görüş: Ərdoğan daha iki partiyanı yanına çəkmək istəyir

img

03-02-2023 [16:07]


Dünən prezident Ərdoğanla MHP lideri Dövlət Bahçelinin evində bir saatdan çox sürən görüşün gizlinləri açılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liderlər görüşdə təmsil etdikləri "Cumhur" İttifaqının sıralarının genişləndirilməsini də müzakirə ediblər.

İddiaya görə, Ərdoğanla Bahçeli AK Partiya, MHP və Böyük Birlik Partiyasından ibarət ittifaqa daha iki partiyanın cəlbi üçün "yaşıl işıq" yandırıb: "Onlar HÜDAPAR və mərhum baş nazir Nəcməddin ərbakanın oğlu Fatih Ərbakanın lideri olduğu Yenidən Rifah Partiyasına qapılarını aralayıb. Artıq bu partiyalarla ilkin danııqlar da aparılıb".

Xatırladaq ki, ötən gün Ərdoğan TRT-də qatıldığı proqramda Nəcməddin Ərbakandan söz açıakən qəhərlənib: "Mərhum hocamızın ölkədə görmək istədiyi çox şeyləri düzəldik, qurduq. Ancaq bu günləri təəssüf ki, o, görə bilmədi. Bu gün onun görmək istədikləri işlər ortada olsa da, təəssüf ki, onun davamçıları (oğlu Fatih Ərbakanın partiyasını nəzərdə tutur - Mia.az) başqa yolda gedir, başqa cür düşünənlərin düşüncəsinə qapılıb...".

Ərdoğan bu sözlərinin ardınca belə deyib: "Qapımız yerli və milli anlayışla siyasətlə məşğul olan hər kəsə açıqdır".

Onu da qeyd edək ki, prezident seçkilərinə qatılacağını açıqlayan Fatih Ərbakan ölkədə 8 faiz səs sahib olduqlarını deyərək, seçkidə ikinci turun olacağını və bu turda da onunla prezident Ərdoğanın "döyüşəcəyi"ni iddia edir.

Samir,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı